Yeni təyinat heç bir yenilik vəd etmir
Digər xəbərlər

Yeni təyinat heç bir yenilik vəd etmir

Lentsovun Laçın dəhlizinə dair fikirləri cəfəngiyyatdır

Aprel ayında Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı hərbi kontingentinin komandanının dəyişməsi ilə bağlı qərarı bölgədə yeni vəziyyətin formalaşacağından xəbər verirdi. Lakin Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilməsi sülhməramlıların müvəqqəti yerləşdikləri əraziyə sabitlik gətirmədi. Elə öz sələfi general Volkovun bir il yarıma yaxın xidmətləri birmənalı qarşılanmamışdı.

Keçmiş komandirin 10 noyabr Bəyanatına əsasən Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına rəhbərlik etdiyi dövrdə ermənilərə silah-sursat daşınması, hətta sülhməramlıların bu prosesə yardım etməsi dövlətimiz tərəfindən dəfələrlə qeyd olunmuşdu. Bununla yanaşı, onun bir müddət xüsusi plan əsasında Qarabağa göndərilən Vardanyanla işbirliyi bəzi suallar doğurmuşdu.

Bundan öncəki komandirlərin  hər birinin dövründə erməni separatçılarına himayədarlıq, qeyri-qanuni erməni hərbi birləşmələrinin təxribatlarına göz yumulması, təbii sərvətlərimizin talan edilməsi, ərazilərimizdən separatçılar üçün silah-sursat, mina, canlı qüvvə daşınmasına şərait yaradılması halları təsbit edilibVolkovun da geri çağırılması onun müdafiə naziri Şoyqunun müşaviri Lentsovla əvəzlənməsi region üçün heç bir yenilik vəd etmir.

Təəssüf ki, yenilik bir yana, bu ermənipərəst addımların daha çox şahidi oluruq. Belə ki, rus generalının təyinatından bir gün sonra, aprelin 27- Qarabağdakı separatçı-terrorçu rejimin qondarma nümayəndələri ilə görüşməsi artıq mesaj xarakteri daşıyırdı. Məhz bu görüşdən sonra Tqran Petrosyan mətbuata çıxış edərək  bildirib ki, biz ən qısa zamanda Laçın dəhlizinin blokunun açılmasını tələb etdik. Verilən açıqlamalardan belə nəticəyə gəlmək olar ki, görüşdə Lentsov bir sıra vədlər verərək separatçı rejimin istəklərini ön plana qoyubArdınca Petrosyan qeyd edib: "Sonda biz sülhməramlıların komandanlığıyla mütəmadi olaraq görüşmək, mövcud problemləri müzakirə etmək həll yollarını tapmaq barədə razılığa gəldik". Məlumdur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonu ərazisindən keçməklə Ermənistana yeni yolun çəkilmə öhdəliyini təxminən ilyarıma yerinə yetirdi. Amma sonrakı tarixlərdə haylar bu yoldan digər məqsədlərlə istifadə etdilər. Yəni Ermənistandan silahlı birləşmələrin minaların bu yol vasitəsilə Qarabağa daşınması həyata keçirildi. Bütün bunlar isə rus sülhməramlı qüvvələrinin gözü qarşısında baş verirdi. Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edilirdi.

Düzdür, general Lentsov Petrosyanla belə bir razılığın olub-olmadığı haqda heç bir məlumat vermədi. Lakin prosesin bundan sonrakı gedişi, yəni baş separatçı Araik Arutyunyanın qəbulunda olması artıq kontingentin fəaliyyətini sual altında qoydu. Lentsov yaxşı bilməlidir ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmaya əsasən üç tərəf var: Azərbaycan, Rusiya Ermənistan. Amma görünür, 67 yaşlı Aleksandr Lentsov 10 noyabr Bəyanatına əməl etməkdən boyun qaçırır. Vəzifəyə gətirildiyi qısa müddət ərzində azı iki dəfə baş terrorçu Araik Arutyunyanla görüşünün bundan sonrakı proseslərə necə təsir edəcəyi isə sual altındadır. Görüşün keçirildiyi otaqlarda, separatçıların əski parçasının (“bayrağının”) olmasını Azərbaycan dövləti necə başa düşməlidirÜstəlik, balansın pozulması aktları bununla da bitmir. General-polkovnik Aleksandr Lentsovun separatçılarla görüşündən sonra İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyanla da görüşməsi növbəti bədnam əməldən xəbər verirdi. Azərbaycan ərazisində müvəqqəti xidmətə gələn rus generalın ölkəmizi ikinci planda dəyərləndirməsi olduqca yanlış addımdır. Belə ki, komandir təyin olunandan 8 gün sonra Bakıda Azərbaycanın müdafiə naziri ilə görüşən general öz imicilə sözsüz ki, yaxşı yadda qalmadı. Barəsində 4 maddə ilə cinayət işi qaldırılan İnterpol xətti ilə axtarışa verilən Arutyunyanla, digər separatçılarla görüşdən sonra Azərbaycanla əlaqə qurmağı düşünən Lentsovun bu hərəkəti arzuedilən deyil.

Aleksandr Lentsovun görəcəyi əsas Qarabağdan qanunsuz erməni silahlı dəstələri Ermənistan ordusunun hissələrinin çıxarılması, təhlükəsizliyinə təminat verməli olduqları səlahiyyət bölgələrində qanunsuz fəaliyyətə, xüsusən minalanma kimi müharibə cinayətlərinə son qoymaq olmalıdır. General, Azərbaycanın daxili işlərinə heç bir qüvvənin təsir edə bilməyəcəyini anlamalıdır. Laçında həyata keçirilən bundan sonra da reallaşacaq bütün proseslər Azərbaycan dövlətinin səlahiyyətindədir. Aleksandr Lentsovun Laçın-Xankəndi yolunda Azərbaycan tərəfindən qurulan sərhəd nəzarət-buraxılış keçid məntəqəsinə dair hər hansı təşəbbüsü mümkün məqbul deyil.

Nurlan ABDALOV

"Respublika".