Yubiley tədbiri keçirilib
Region

Yubiley tədbiri keçirilib

Dahi şəxsiyyət, xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100  illiyi Xaçmaz rayonunda da silsilə tədbirlərlə, geniş surətdə qeyd olunur. “Heydər Əliyev ili” çərçivəsində keçirilən növbəti tədbir Xaçmaz Regional Ədliyyə İdarəsinin təşkilatçılığı və müvafiq qurumlar iştirakı ilə keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsinin önünə gül-çiçək dəstələri düzmüş dahi rəhbərə öz dərin ehtiramlarını ifadə etmişlər. Sonra Mərkəzin foyesində Ümummilli liderin həyat və fəaliyyətini, əks etdirən fotostend və eksponatlara baxış keçirilmişdir. Xaçmaz Regional Ədliyyə İdarəsinin inzibati binasında davam edən tədbirin rəsmi hissəsində idarənin rəisi vəzifəsini icra edən, rəis müavini Qədir Paşayev və digər əməkdaşlar çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti, müasir Azərbaycan ədliyyəsinin inkişafında və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsindəki rolundan ətraflı danışmışlar.

Ziyafəddin Bayramov

“Respublika”