“Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş
İQTİSADİYYAT

“Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi Nihad Mənsimzadə ilə görüşüb. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun 17 mayda yaydığı məlumatda bildirilir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramı çərçivəsində görüşüb.

Onlayn formatda keçirilən görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin,bacarıqlı kadrların dəstəklənməsi və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Görüşdə müasir idarəetmə, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu barədə bilik və tövsiyələr verilib, müzakirə aparılıb.

“Respublika”.