Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir
Dünya xəbərləri

Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir

İyulun 18-də Yunanıstanın Rodos adasında başlayan və cənub-şərq sahilinə çatan güclü meşə yanğınının qarşısının alınması üçün tədbirlər davam etdirilir.  

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin "NTV" xəbər portalı məlumat yayıb. Bildirilib ki, sahil mühafizəsi, silahlı qüvvələr və yerli hakimiyyət orqanlarının köməyi ilə 40 mindən çox insan təxliyə edilib. Yunanıstan İqlim Nazirliyi Rodosdakı evakuasiyanın indiyə qədərki ən böyük təxliyə əməliyyatı olduğunu açıqlayıb. 

Yunanıstanın adiyyəti orqanları qeyd edirlər ki, güclü külək, quraqlıq və yüksək temperatur yanğınsöndürənlərin meşə yanğınlarını nəzarətə almasına mane olur. Hazırda yanğınla üç cəbhədən mübarizə aparılır. Əməliyyata 266 yanğınsöndürən və 49 yanğınsöndürən maşın cəlb edilib. 

Jalə QASIMZADƏ, 

"Respublika".