Afrika İttifaqının yaradılmasının ildönümü münasibətilə Azərbaycan XİN bəyanat yayıb
Digər xəbərlər

Afrika İttifaqının yaradılmasının ildönümü münasibətilə Azərbaycan XİN bəyanat yayıb

Afrika İttifaqının yaradılmasının 60- ildönümü münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.

Bu gün, Afrika İttifaqının beynəlxalq təşkilat olaraq təsis edilməsindən 60 il ötür. Bu münasibətlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Afrika ölkələrinə Afrika İttifaqının Komissiyasına öz səmimi təbriklərini çatdırır.

Ötən 60 il ərzində İttifaq qlobal sülhə, təhlükəsizliyə davamlı inkişafa Afrika qitəsinin dəyərli töhfələrinin verilməsində önəmli rol oynayıb.

Azərbaycan Afrika ölkələri arasında əməkdaşlıq davamlı əsasda şaxələnməklə yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan verib. Afrika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Afrika qitəsini prioritet region olaraq elan edib xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırıb.

Təsadüfi deyildir ki, 2023- il martın 2- Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə bir milyon ABŞ dolları ianə elan olunub.

Azərbaycan Respublikası Afrika qitəsində diplomatik təmsilçiliyini tədricən artırmaqdadır. Qitədə mövcud diplomatik nümayəndəliklərə əlavə olaraq, ötən ilin sonunda Keniyada diplomatik nümayəndəlik təsis edilib.

Azərbaycan tərəfi əmindir ki, ortaq dəyər prinsipləri bölüşdüyü Afrika ölkələri ilə əməkdaşlıq bundan sonra da həm ikitərəfli əsasda, həm Afrika İttifaqı çərçivəsində daha da inkişaf edəcəkdir.