Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir
Siyasət

Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycan dövlətinin xarici siyasətinin əsas prinsipləri ölkənin müstəqilliyini, suverenliyini beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini regional beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirmək, mənafeyi Azərbaycanın dövlətçilik milli mənafeləri ilə uyğun gələn dövlətlərlə tərəfdaşlıq müttəfiqlik münasibəti yaratmaq, həmçinin xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq geniş informasiya mübadiləsini təmin etməkdir.

Azərbaycan üçün belə ölkələrdən biri Gürcüstan Respublikasıdır. Azərbaycanın şimal-qərbində yerləşən bu ölkə ilə əlaqələrin sıx olmasının əsas səbəbi geosiyasi mövqe, 70 il müddətində eyni imperiyanın tərkibində olmaları, bu ölkənin ərazisində yüz minlərlə azərbaycanlının yaşaması s. amillərdir. 1918-ci il mayın 27- - Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tbilisidə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurası yaradıldıqdan bir gün sonra məhz bu ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur. SSRİ-nin parçalanması ilə hər iki dövlətin yenidən müstəqilliyini bərpa etməsindən sonra Cənubi Qafqazda baş verən hadisələr ölkələr arasındakı əlaqələrə təsirsiz ötüşməmişdir. Bakı ilə Tbilisi əlaqələrinin ən böyük dayağı iqtisadi amillər olsa da, bununla yanaşı elmi, sosial, mədəni, səhiyyə digər sahələrdə artan dinamika ilə inkişaf etmişdir.

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18- yaradılıb 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996- ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. 1993- ildə Heydər Əliyevin Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına iki ölkə arasında əlaqələrin inkişafına kömək etdi. Xarici daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında bağlanan müqavilə siyasi, iqtisadi hərbi, kommunikasiya sahələrini əhatə etmiş oldu. Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Gürcüstan münasibətləri dərinləşərək möhkəmləndirilmiş dövlətlərarası əlaqələrimizin zəngin tarixi irsinə sadiqlik nümayiş etdirilərək "Dostluq, əməkdaşlıq qarşılıqlı təhlükəsizlik" "Qafqaz regionunda sülh, təhlükəsizlik əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da iki ölkənin dövlət hökumət başçıları qarşılıqlı səfərlər təşkil edərək dövlətlərinin maraqlarına xidmət edən sazişlər bağlamışdır. Bu illər çərçivəsində "Azərbaycan Respublikası Gürcüstan Respublikasının arasında birgə bəyannamə", "Təhsil sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. 2022-ci il oktyabrın 24- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisiyə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etmişdir. Qarşılıqlı hörmət etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanın zəngin enerji resurslarının dünya bazarlarına çıxmasından sonra Gürcüstanın bir dəhliz rolunu oynaması partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Daha çox iqtisadi tərəfdaş kimi tanınan bu iki ölkə qlobal regional məsələlərin həllində eyni mövqedən çıxış edərək mədəni-maarif sahəsində əlaqələrini geniş inkişaf etdirib. Gürcüstanda ARDNŞ Heydər Əliyev Fondu ardıcıl olaraq xeyriyyəçilik sosial-mədəni layihələr həyata keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasirtipli yeni məktəb binaları tikilmişdir. ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə "Çay evi" inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi görkəmli ictimai-siyasi xadim yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir. Cənub qonşumuz İrandan fərqli olaraq Gürcüstanda soydaşlarımız ana dillərində təhsil almaqla yanaşı "Gürcüstan", "Müəllim", "Maarif", "Təhsil", "Aydın yol" kimi qəzetləri doğma dilimizdə nəşr olunur. Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub, Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb. Gürcüstanın paytaxtı Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park abidə vardır. Dost ölkədə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, "ERA Teatrı" yeni yaradılmış "Beez" uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir.

Gürcüstan İkinci Qarabağ müharibəsində Azərbaycanı hər zaman beynəlxalq müstəvidə dəstəkləyib, ərazi bütövlüyümüzə hörmətlə yanaşıb. Bakı Tbilisi arasında hərbi əməkdaşlıq sahəsində memorandum imzalanıb. Regiondakı ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ikitərəfli hərbi əməkdaşlığın inkişafına, bölgədə sabitliyin təhlükəsizliyin təmin olunmasına töhfələr verir.

İki ölkə arasındakı dostluq qardaşlıq münasibətləri hazırkı dövrdə dövlət başçısı İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tərəfindən dəstəklənir. Sayca üçüncü dəfə ölkəmizə səfər edən Baş nazir aprelin 7- Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib ki, Azərbaycan xalqı ilə dostluq münasibətləri çox önəmlidir bu dostluğun qədim tarixi var.

Musa BAĞIRLI,

"Respublika".