Azərbaycan ilə Sudan arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Digər xəbərlər

Azərbaycan ilə Sudan arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Fevralın 20-24-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Sudanın "MASAD" Hərbi Sənaye Sistemlərinin baş direktoru, general-polkovnik Marqani İdris Suleyman ilə görüşü olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabidə iki ildən bir təşkil olunur. Dünyanın 65 ölkəsindən 1350-dən çox qabaqcıl şirkət və 350 nümayəndə heyətinin qatıldığı "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 145 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.

Sərgi və Konfrans işini fevralın 24-dək davam etdirəcək.