Erməni faşizmi üçün dinlərin və millətlərin fərqi yoxdur
Digər xəbərlər

Erməni faşizmi üçün dinlərin və millətlərin fərqi yoxdur

Azərbaycanın İkinci Qarabağ müharibəsində erməni ordusunu darmadağın etməklə təkcə ölkəmizin işğal altında olan torpaqlarını azad etmədiyi, həmçinin bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardığı bu gün artıq heç kəs üçün sirr deyil. "Dənizdən-dənizə Ermənistan" adlı utopik ideyalarını həyata keçirmək üçün erməni vandallarının əl atmamadığı cinayətin olmadığını da artıq bütün dünya bilir və onların 30 il ərzində işğal altında saxladıqları ərazilərdə törətdikləri cinayətlərin izlərini indi dünya ictimaiyyətinin nümayəndələri azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında öz gözləri ilə görürlər. Düşünmək olardı ki, erməni rəzilliyinin mahiyyətinə artıq bundan sonra heç nə əlavə etmək olmaz. Amma sən demə, bu, heç də belə deyilmiş. Dinc əhaliyə qarşı terror və soyqırımı əməliyyatlarının keçirilməsində xüsusi vərdişləri və böyük təcrübələri olan erməni faşistləri indi də bu təcrübəni Ukrayna əhalisinə qarşı tətbiq etmək niyyətindədirlər. Erməni faşizminin hər zaman mənəvi rəhbərliyində duran erməni kilsəsi isə bu dəfə də qaniçənlərinə növbəti cinayətlərinə xeyir-duasını verdi.

Moskvanın erməni apostol kilsəsində "Arbat" adlı silahlı birləşmənin yaradılması bütün səmavi dinlərin əsasında duran mərhəmət və xeyirxahlıq prinsiplərinə ziddir. Əslində Eçmiədzindən idarəolunan erməni kilsəsi mövcud olduğu bütün dövrlərdə nə xristianlığın əsasını təşkil edən konseptual prinsiplərə, nə də ümumiyyətlə, ümumbəşəri dəyərlərə sığmayan fəaliyyəti ilə hər zaman insanlıq əleyhinə cinayətləri dəstəkləyib və əksər hallarda hətta onları birbaşa təşviq və təbliğ edib. Təkcə müsəlman-türk xalqlarına qarşı erməni kilsəsinin tarix boyu erməni millətində formalaşdırdığı və hər zaman qızışdırdığı düşmənçilik və nifrət hissləri əsrlər boyunca milyonlarla insanın qətlinə səbəb olub. Bu gün də erməni kilsəsinin fəaliyyəti həm öz xalqında, həm də dünyada islamofob, türkofob hisslərin gücləndirilməsinə yönəlib. Lakin son baş verən hadisələr sübut edir ki, erməni faşizmi üçün dinlərin və millətlərin heç bir fərqi yoxdur. İnsan qanına susamış bu vəhşilər heç bir tərəddüd etmədən öz xristian qardaşlarını da qətlə yetirməyə hazırdırlar. Ələlxüsus da öz dini rəhbərlərindən xeyir-dua aldıqdan sonra. Moskva erməni apostol kilsəsi isə əlbəttə ki, Kremldən bir "molodets" eşitmək üçün yüzlərlə qətliamı dəstəkləməyə və hətta, lazım gələrsə, bilavasitə törətməyə də həmişə hazırdır. Əslində Ukraynaya qarşı Ermənistan bayrağı altında döyüşən hərbi batalyonun erməni kilsəsi tərəfindən formalaşdırılması, elə həmin əsgərlərin törətdikləri bütün hərbi cinayətlərin təşkilatçısının da birbaşa bu kilsənin olduğu anlamına gəlir.

Moskva erməni kilsəsində yaradılmış və əsasən Donbasda gedən döyüşlərdə iştirak etməsi üçün xeyir-dua almış "Arbat" erməni batalyonunun tərkibində terrorçu Armen Sərkisyanın yer alması diqqəti cəlb edir. Çünki bu şəxs Ukraynanın Qorlovka şəhərindəndir və 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı "ölüm briqadaları" yaradaraq dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik etməsi ilə bağlı hazırda Ukraynada axtarışdadır. Bu, bir daha sübut edir ki, nə vaxtsa gəlib məskunlaşdığı torpaqlara, bu torpaqlarda yaşayan xalqlara, bir vaxtlar ona öz qapısını açmış, süfrəsində yer vermiş, çörəyini bölmüş insanlara qarşı xəyanət erməni xislətinin mahiyyətində duran səciyyəvi cəhətlərdəndir. Xəyanət isə heç zaman bağışlanmır. Üç il bundan öncə Şanlı Azərbaycan Ordusu bu xəyanətin layiqli cəzasını verdi. İndi isə erməni faşizmi, erməni kilsəsinin xeyir-duası ilə öz çirkin əməllərini Ukraynada davam etdirmək istəyir. Amma bu da uzun çəkməz. Erməni əsgərinin "döyüşkənliyi" artıq İkinci Qarabağ savaşının nəticələrinə görə bütün dünyaya məlumdur. Yəqin ki, ən yaxın vaxtlarda erməni batalyonunun öz silahlarını, Ermənistanın bayrağını indi də Donbasda necə qoyub-qaçacaqlarının hamımız şahidi olacağıq. Erməni kilsəsi isə erməni faşizminin tarix boyu törətdiyi bütün qətliamlara və digər cinayətlərə görə mütləq məsuliyyət daşımalıdır.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.