Azərbaycan və Cənubi Afrika Respublikası parlamentləri arasında əlaqələrin perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan və Cənubi Afrika Respublikası parlamentləri arasında əlaqələrin perspektivləri müzakirə edilib

Mayın 17- Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş parlamentin xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ulu Öndər Heydər Əliyevin mənalı şərəfli həyat yolundan, misilsiz fəaliyyətindən danışılıb, Ümummilli Liderin müasir Azərbaycan dövlətinin xalqının tarixində müstəsna xidmətləri qeyd edilib. Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyevin ideya tövsiyələri Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, iqtisadi qüdrətinin gücləndirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində əməli addımlar atılır.

Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığı genişləndirmələri barədə danışılıb, bu sahədə informasiya təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin, parlament dostluq qrupları çərçivəsində görüşlərin vacibliyi qeyd olunub.

Eyni zamanda, keçirilən görüşlərin qarşılıqlı dialoqun parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verdiyi bildirilib.

Qeyd edilib ki, Azərbaycan Cənubi Afrika Respublikası beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstərir, o cümlədən Qoşulmama Hərəkatında fəal iştirak edirlər.

Hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın mühüm təşəbbüsləri xüsusi vurğulanıb, ölkəmizin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə barədə fikir mübadiləsi aparılıb.