Baş prokuror Lənkəran, Lerik və Astara rayonlarının sakinlərini qəbul edəcək
Digər xəbərlər

Baş prokuror Lənkəran, Lerik və Astara rayonlarının sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Lənkəran Rayon Prokurorluğunun inzibati binasında Lənkəran, Lerik və Astara rayonları sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

AZƏRTAC