Birinci vitse-prezident Mehriban Əliyeva akademik Arif Paşayevin doğum günü ilə əlaqədar paylaşım edib
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Arif Paşayevin doğum günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir. “Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhvali-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.