Ceyhun Bayramov: Azərbaycan Avropa İttifaqı ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir
Siyasət

Ceyhun Bayramov: Azərbaycan Avropa İttifaqı ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir

Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşlarındandır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çərçivəsində Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşdən məmnunuq. Azərbaycan Avropa İttifaqı ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə birgə fevralın 4-də keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, TAP layihəsinin son mərhələsində qazın Avropaya nəqli 2021-ci ilin ən böyük layihələrdəndir. Azərbaycan Avropanı 8, 2 milyard kubmetr qazla təmin edib və bunun həcmi daha da genişlənəcək. 

Ceyhun Bayramov Qərbi Balkan ölkələrinin də Azərbaycan qazını almasında maraqlı olduqlarını qeyd edib. 

Avropa İttifaqı Azərbaycanla hərtərəfli sazişin imzalanması ilə bağlı təkliflərini verib və bunun üzərində iş gedir. 

AZƏRTAC