Kanada parlamentinin deputatı Azərbaycan Evinin qonağı olub
Diaspora

Kanada parlamentinin deputatı Azərbaycan Evinin qonağı olub

Kanada parlamentinin üzvü, polyak əsilli siyasətçi Tom Kmiek Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evini ziyarət edib. 17 may Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycan Evinin direktoru Lalin Həsənova qonağa Azərbaycan Evinin fəaliyyət istiqamətləri, həyata keçirilməsi nəzərdə tutulan layihələr, Azərbaycan həqiqətləri, xalqımızın tarixini, mədəniyyətini əks etdirən guşələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Evinin fəaliyyətə başlamasını yüksək qiymətləndirən Tom Kmiek bu məkanın icmamızın daha səmərəli fəaliyyət göstərməsində, öz tarixini, mədəniyyətini təbliğ etməsində böyük rol oynayacağına əminliyini vurğulayıb və soydaşlarımıza uğurlar arzulayıb. Sonra kanadalı deputat Azərbaycan Evinin xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

“Respublika”.