MASALLI: QANVERMƏ AKSİYASI
Region

MASALLI: QANVERMƏ AKSİYASI

Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin binasında B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.

Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər, ictimaiyyətin nümayəndələri, Masallı şəhərinin sakinləri hemofiliya və talassemiyalı xəstələrə kömək məqsədilə keçirilən bu nəcib, xeyirxah aksiyaya könüllü surətdə qoşulublar.

Xüsusi tibbi briqadanın həkim-hematoloqları hər bir donorun sağlamlıq durumunu və analiz nümunələrini nəzərə alaraq 237 nəfərdən qan götürüb. Aksiya iştirakçıları bu xeyriyyə tədbirinin keçirilməsini təqdirəlayiq hesab edərək qana ehtiyacı olan xəstələrə köməyi özlərinin vətəndaşlıq borcu kimi dəyərləndiriblər.

 Aksiya zamanı toplanan qan hemofiliyalı, talassemiyalı və qana ehtiyacı olan digər xəstələrin müalicəsində təmənnasız istifadə ediləcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".