Hər damlasında həyat var
Region

Hər damlasında həyat var

Ötən il Goranboy Suvarma Sistemləri İdarəsinin kollektivi üçün uğurlu olub. Belə ki, havaların isti keçməsinə baxmayaraq, melioratorlar təsərrüfatları suvarma suyu ilə təmin ediblər. İdarənin rəisi İlqar Məhərrəmov bildirdi ki, əkin sahələrinin məhsuldarlığının artırılmasında suvarma mühüm rol oynayır. Rayonumuzda 66500 ha əkin sahəsi var. Həmin əkin sahələrinin suvarılması üçün kollektivimiz səylə çalışır.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan bütün vacib işlər görülmüş, əkin sahələrinin səmərəli suvarılmasını təmin etmək məqsədilə gecə və gündüz növbətçilik cədvəlləri tərtib olunub. Əkinlərin su təminatının yaxşılaşdırılması və istehsalçıların suya olan tələbatının ödənilməsi daim diqqət mərkəzində saxlanılır.

Zabit XƏLİLOV,

"Respublika".