O.İ.Zalovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

O.İ.Zalovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

  İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 dekabr 2022-ci il