BTQ direktoru: Fransa hökuməti müstəmləkəsi altında olan regionlara təzyiqləri artırıb
Gündəm

BTQ direktoru: Fransa hökuməti müstəmləkəsi altında olan regionlara təzyiqləri artırıb

BTQ-nin yaranmasından narahat olan Fransa hökuməti müstəmləkəsi altında olan ölkələrə təzyiqləri artırsa da, bu çərçivədə beynəlxalq əməkdaşlıq genişlənib.

"Respublika"  xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, BTQ bundan sonra da müstəmləkə siyasətindən əziyyət çəkən ölkələrə dəstək verəcək:

“Azərbaycan kolonializm və neokolonializmə qarşı mübarizə aparır. BTQ-nin yaradılması koloniaların ədalətli mübarizəsinə dəstək vermək baxımından mühüm addımdır. Qrupun yarandığı gündən etibarən, BTQ tərəfindən yeddi ay ərzində yeddi beynəlxalq konfrans keçirilib”.