Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri  cənab İlham Əliyevə
Məktublar

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmətlə,

Salman bin Həməd Al Xəlifə

Bəhreyn Krallığının vəliəhdi,

Nazirlər Şurasının sədri