Əbədiləşən ömür
Digər xəbərlər

Əbədiləşən ömür

Rumıniya, Buxarest

Rumıniyanın paytaxtı Buxarestdə görkəmli siyasi xadim Heydər Əliyevin 2004-cü ilin oktyabrında büstünün açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku iştirak etmişlər.

 

Misir, Qanatır əl-Xeyriyyə

2008-ci il fevralın 7-də Misirin Qəlyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində Azərbaycan-Misir dostluq parkının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılmış abidəsinin açılışı olmuşdur.

 

Rusiya, Sankt-Peterburq

Heydər Əliyev 1949-1950-ci illərdə Sankt-Peterburqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb. Sankt-Peterburqda Qoroxovaya küçəsi, ev 6, keçmiş DTK Ali Məktəbinin binasında Heydər Əliyevə həsr olunmuş xatirə lövhəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov, MDB-nin icraçı katibi Vladimir Ruşaylo iştirak ediblər.

 

Gürcüstan, Tbilisi

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin büstünün açılışı olmuşdur. Eyni zamanda parka da Ulu Öndərin adı verilmişdir.