Milli-mədəni dəyərlərimizin təbliği
Digər xəbərlər

Milli-mədəni dəyərlərimizin təbliği

Çarəsiz, ümidini itirmiş bir xalqı yenidən dirçəltmək heç asan məsələ deyil. Həmin insanların gözlərində sönən işığı yenidən alovlandırmaq, canlandırmaq, yenə xəyal qura bilmək, azad olmaq arzularını həyata keçirmək əlbəttə ki, çətindir. Hələ bu, ötən əsrin sonlarında demək olar ki, mümkünsüz idi. İllərlə mövcud olan Sovet hakimiyyəti, ermənilərin bitib-tükənmək bilməyən vandalizmi, ölkə daxilində hakimiyyət uğrunda gedən davalar, rüşvətxorluq artıq xalqın son ümidlərini yandırıb, kül edib uçurmuşdu. Lakin unutmamaq lazımdır ki, həyatda bir qapı bağlananda mütləq digər bir qapı ən xeyirli formada insan üçün açılar. Elə, belə oldu.

Ulu öndər Heydər Əliyev xalqının dərdinə çarə olmağa gəldi. Onun gəlişindən sonra Azərbaycan canlandı. Ulu öndər sözün əsl mənasında xalqın qəhrəmanı idi. Hakimiyyətə gələn kimi rüşvətxor məmurları, Sovet dövründən qalma ideologiyaları, geridə qalmış düşüncə anlayışları dəyişdi. Azərbaycan onun gəlişi ilə sürətlə ayağa qalxdı inkişaf, dirçəlmə prosesi başladı. Bu da ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Xalqının daima yanında olan Heydər Əliyev onların problemlərinə qayğı ilə yanaşır, qısa zamanda həll etmək üçün bütün lazımi tədbirləri görürdü. Onun prezidentliyi dövründə Azərbaycanda çox şey dəyişdi. Artıq söz, ifadə azadlığı bərqərar oldu, yeni-yeni təhsil ocaqları tikildi, bununla yanaşı, region ölkələrinin bir çoxu ilə tarixi əhəmiyyət kəsb edən müqavilələr bağlandı, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər həyata keçirildi.

Ulu öndərin vəfatından sonra davamçıları onun ideyalarını davam etdirdilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə fəaliyyətinə davam edir. O, 2004- il 10 may tarixində ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun rəsmi olaraq açıldığını elan edib. Fondun əsas məqsədi ulu öndər Heydər Əliyevin dəyərli irsini öyrənmək təbliğ etməkdir. Onun fəaliyyət sahələri arasında mədəniyyət, təhsil, sosial, idman turizm yer alır. Bu günə qədər Heydər Əliyev Fondu Azərbaycanda dünyada bir çox layihələr həyata keçirib. Fondun dəstəyilə milli mədəniyyətimiz beynəlxalq arenada təmsil olunur. Heydər Əliyev ideyalarının davam etdirilməsində böyük rol oynayan Fondun rəhbəri kimi Mehriban xanım Əliyevanın gördüyü işlər əvəzolunmazdır.

Əlbəttə, Heydər Əliyev Fondu Azərbaycanın milli mədəniyyətini tarixini dünya ictimaiyyətinə təqdim edən mühüm bir qurumdur. Fondun fəaliyyəti təkcə ölkə daxilində deyil, həmçinin beynəlxalq səviyyədə özünü aydın göstərir. Mehriban xanım bu çərçivədə təşkil olunan tədbirlərdə iştirak edir, mədəni mübadilə proqramları təşkil edir xaricdəki təhsil alan tələbələrə təqaüd imkanları yaradır. Fondun məqsədi çox sadə anlaşılandır: bütün dünyada sülh, sabitlik əməkdaşlıq naminə çalışmaq.

Əlbəttə, əvəzsiz işlər görən bu Fondun loqosu Heydər Əliyev inisiallarının "H. Ə" əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir. Səkkizguşəli ulduz Azərbaycan xalqının Heydər Əliyevin ideyaları ətrafında birləşdiyini göstərir.

Loqoda olan iki rəng isə xüsusi məna daşıyır. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, dincliyi, etibarlılığı, əminliyi milliliyi göstərir. Qızılı rəng isə günəş, sülh, inkişaf işıqlı gələcək simvoludur. Şübhəsiz ki, hər iki rəng Heydər Əliyevin istək arzularını, ideyalarını əks etdirir.

Heydər Əliyev Fondu ümummilli liderin ideyalarının irsinin qorunub saxlanmasında əbədiləşdirilməsində mühüm rol oynayır. Şübhəsiz ki, Fondun fəaliyyəti ölkənin sosial, mədəni iqtisadi inkişafına töhfə verir, Azərbaycanın beynəlxalq aləmdə daha güclü təmsil olunmasına kömək edir. Yarandığı gündən xeyriyyəçiliyi, mərhəməti, şəfqəti özü üçün deviz seçən Heydər Əliyev Fondu 19 il ərzində böyük uğurlara nail olub. İnsanların həyatına işıq saçan Fond bir çox sahələri əhatə edir. Fond bu günə qədər Azərbaycanın tərəqqisi xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram layihələrin reallaşmasına kömək edib, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram layihələr hazırlayıb. Elmi-tədqiqatların aparılmasına yardım göstərmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı elmi potensialının artırılması istiqamətində böyük addımlar atıb. Əlbəttə, Heydər Əliyev Fondunun fəaliyyəti bununla bitmir, həyata keçirilən layihələr uşaq müəssisələrinin infrastrukturunun yaradılmasına, insanların yaradıcı potensialının, bilik bacarıqlarının aşkara çıxarılmasına, inkişaf etdirilməsinə, uşaq gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edib. Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir. Azərbaycan dövlətinin Heydər Əliyev Fondunun yaratdığı şərait yeni nəslin sağlam vətəndaş kimi böyüməsi, cəmiyyətdə layiqli mövqe tutmasını təmin edir.

Azərbaycanda uşaq siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində ulu öndərin yaratdığı nəsillər üçün miras qoyduğu ənənələr bu gün uğurla davam etdirilir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan, şəhid, qazi xüsusi qayğıya ehtiyac duyan, əlilliyi olan uşaqların ailələrinin problemlərinin həllinə xüsusi diqqət yetirməsi onun mərhəmətindən, aliliyindən xəbər verir. Heydər Əliyevin azərbaycançılıq ideologiyasını davam etdirən Mehriban Əliyeva daima uşaqlarla görüşündə bu fikirləri səsləndirir: "Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir".

Şübhəsiz ki, atılan bütün addımlar uşaqlarımızın inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunmasına yönəlib. Bu baxımdan, hər il uşaqlar üçün xüsusi tədbirlər, əyləncələr təşkil olunur. Əlbəttə, bunların hər birində, ilk növbədə, Mehriban xanım Əliyeva da iştirak edir. Onun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların üzü daima gülür. Ənənəvi formada uşaqlar üçün keçirilən tədbirlər dillər əzbəridir. Bu cəhətdən ən çox maraq cəlb edən isə hər il Həmrəylik Günü Yeni ildə keçirilən ənənəvi şənliklərdir. Hər il baş tutan bu bayram şənliyində uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq yeniyetmələr, eləcə şəhid ailələrindən olan uşaqlar iştirak edirlər.

Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, ümumiyyətlə, təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri internat məktəblərinin inkişafı" Proqramını, "Yeniləşən Azərbaycana yeni məktəb" "Təhsilə dəstək" kimi layihələr həyata keçirir.

İlk onillikdə "Uşaq evləri internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. Həmçinin, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa olunub yenidən qurulub. "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 50-dən çox uşaq bağçası əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunub. Bununla yanaşı, Fond ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı da nəzərə alaraq "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində yeni binaların inşası təmiri, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması digər məsələlərin həlli daxildir. Heydər Əliyev Fondunun gördüyü işlər təkcə Azərbaycan daxilində yox, həmçinin region ölkələrə digər xalqlara da şamil edilib. Bu baxımdan, Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Rumıniyada, Rusiyada Pakistanda bir sıra məktəblər yenidən qurulub əsaslı təmir olunub. ABŞ-ın Merilend ştatındakı məktəblərə interaktiv lövhələrin əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilib, Bosniya Herseqovinanın paytaxtı Sarayevoda görmə qüsurlu ya zəif görən uşaqlar, həmçinin gənclər üçün mərkəz yenidən qurulub. Gürcüstanın həmyerlilərimiz yaşayan bölgələrindəki, Azərbaycanın Qax, Zaqatala Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə mütəmadi olaraq yeni dərslik tədris ləvazimatları göndərilir. Heydər Əliyev Fondu hər il məktəblilərin yaradıcı potensialının, bilik bacarıqlarının aşkara çıxarılması məqsədilə olimpiadalar təşkil edir.

Fond təhsillə yanaşı, mədəniyyət sahəsinə öz böyük töhfələrini verib. Cavad xanən qəbri üzərində məqbərənin ucaldılması, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, həmçinin Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması, Gəncə qapılarının ilkin şəkildə, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması, Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşası, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası həyata keçirilib. Bundan başqa, Heydər Əliyev Mərkəzi yaradılıb.

Heydər Əliyev Fondunun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyəti çoxşaxəlidir. Gürcüstanda Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması xiyabanın yaradılması elə Fondun yaradıldığı ilk illərə təsadüf edir. Həmçinin, Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, Luvr Muzeyinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılmasını misal göstərmək olar. Bununla yanaşı, Fond tərəfindən bu günə qədər minlərlə tədbir, festival seminarlar keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 2022-ci il mayın 12-14- mədəniyyətimizin beşiyi Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edib. Ölkəmizdə xarici mediada festival maraqla qarşılanıb.

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının tolerantlığın mərkəzi olduğunu bir daha sübut etdi. Ona görə ki, bütün dinlərə məxsus müqəddəs evlər, məbəd məscidlər, kilsə sinaqoqlar, həmçinin alban erməni kilsələri bərpa ya yenidən inşa edilib. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir olunub.

Heydər Əliyev Fondu idman sahəsində müxtəlif tədbirlərə, müsabiqələrə idman komplekslərinin tikintisi, uşaq yeniyetmələrdə idmana marağın artırılması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə inşa olunan orta məktəb məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar yaradılır. Azərbaycanın turizm potensialının artırılması üçün müxtəlif layihələr həyata keçirir. Bu günə qədər gəncləri həvəsləndirmək üçün turnirlər, tədbirlər keçirilib. Ən mühümü isə 2016- ildən təsis olunan Bakı marafonudur. Hər il marafonda 10 mindən çox iştirakçı yarışır. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak edib. İştirakçıların arasında ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda digər ölkələrdən nümayəndələr olub. Bu il təkrarlanan yarışda 18 yaşından yuxarı 19.500 nəfər, həmçinin Qarabağ qaziləri fiziki qüsurlu şəxslər iştirak edib. Yarışa birinci daun sindromlu fiziki məhdudiyyətli şəxslər başlayıb, növbəti startda isə digər iştirakçılar yarışa qoşulub. Builki yarış "Küləyə qalib gəl" şüarı altında keçirilib.

Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə tibbi təsisatları inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək kimi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən yan keçmir. Yarandığı gündən böyük işlər görən Fond Diabet Cəmiyyəti Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları şpris-qələmlərlə təmin edilir. Bununla yanaşı, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilib. Buna əsasən 2009-cu ildə Bakıda ən son texnologiyalarla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilib.

Heydər Əliyev Fondun təşəbbüsü ilə aztəminatlı ailələrdən olan şəxslərin müayinələri, paytaxt regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar digər tədbirlər həyata keçirilir. Əvəzsiz işlər görən bu qurumun dəstəyi ilə indiyədək 50 mindən çox insan yerli klinikalarda müalicə edilib, 10 mindən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, həmçinin onların bir qismi müayinə əməliyyat üçün xarici ölkələrə göndərilib.

Fond çərçivəsində xəstələrin müayinəsi ilə yanaşı, Ucar rayonunun Qazıqumlaq kəndində Akademik Zərifə Əliyeva adına Xəstəxananın əsaslı bərpası, Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması, Bakıda Psixonevroloji Uşaq Mərkəzinin Talassemiya Mərkəzinin inşası, "Təbəssüm" uşaq sanatoriyasının əsaslı təmiri yenidən qurulması, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşası, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə Orqan Transplantologiya Mərkəzinin əsaslı təmiri, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin yenidən qurulması həyata keçirilib.

Heydər Əliyev Fondu ölkədən kənarda da fəaliyyət göstərir. 2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilib, Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşını hədiyyə edilib. Görülən bu işlər, atılan addımlar yardımlar Heydər Əliyev Fondunun necə önəmli bir qurum olduğunu göstərir. Əlbəttə, edilən yardımlar bununla bitmir, həmçinin dost ölkə Pakistanın Qazni Laki Marvat şəhərində yerləşən qadın uşaq xəstəxanasında 4 nəfər imkansız xəstənin ürəyində cərrahiyyə əməliyyatı, "Edhi Home" xeyriyyə fondunun İslamabadda yerləşən kimsəsizlər evindəki uşaqlara tibbi baxış keçirilib. Həmçinin, 2012-ci il iyunun 14-, Beynəlxalq donorlar günündə, Pakistanda talassemiya, hemofiliya qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım maşını 2000 ədəd qanköçürmə paketi təqdim olunub. Bununla yanaşı, minlərlə xəstənin müalicəsi üçün maliyyə yardımı edilib.

Tarixi torpaqlarımızın işğal sonrakı dönəmində Heydər Əliyev Fondunun xüsusi rolu əməyi var. Sərhəd bölgəsi olan Füzuli rayonunda İkinci Qarabağ müharibəsinə qədər Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı", "Tibb müəssisələrinin yenidən qurulması inşası", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri həyata keçirilib. Hazırda işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərində yaxından iştirak edən Fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyası burada aparılan digər işlərə mühüm töhfələr verir. Həmçinin, Ağdam Cümə məscidinin bərpa-restavrasiyası da Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bununla yanaşı, Şirin su hamamı, tarzən, bəstəkar Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Prezident İlham Əliyev ötən il Qarabağa səfəri zamanı bərpa işləri ilə yaxından tanış olub Fondun fəaliyyətini yüksək qiymətləndirib.

Heydər Əliyev Fondu ulu öndərin ideyalarını yaşadan bir qurum olaraq Azərbaycanın sosial, iqtisadi, mədəniyyət elmi-tədqiqat sahələrinin inkişafında böyük rol oynamaqdadır. Fondun fəaliyyəti ölkənin inkişafına hədəflənib.

Töhfə SƏMƏDOVA,

"Respublika".