AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Haber Global": Prezident İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana təbrik zəngi

Türkiyənin məşhur "Haber Global" xəbər saytı Prezident İlham Əliyevin Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana telefon zəngi barədə məlumat yayımlayıb. Məlumatda dövlətimizin başçısının qardaş ölkədə keçirilən prezident parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı təbrik etdiyi qeyd olunub. Məqalədə, həmçinin Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyi barədə səsləndirdiyi fikirlər öz əksini tapıb. Xəbərdə Ərdoğanın İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığı da yer alıb. Bundan başqa, dövlət başçılarının telefon danışığı zamanı iki ölkə arasındakı dostluq qardaşlıq münasibətlərinin daimi sarsılmaz olduğunu ehtiva edən fikirləri yazıda əks olunub.

 

 

BNN: Azərbaycan Prezidenti İlham Əliyev Belçikada Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

BNN xəbər saytı ölkə başçımızın Belçikaya işgüzar səfəri ilə bağlı məlumat yayımlayıb. Xəbərdə Belçikanın Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dəstəyi vurğulanaraq, əlaqələrin gücləndirilməsi ikitərəfli əməkdaşlığın səmərəliliyi istiqamətində atılan addımlar müsbət qiymətləndirilib. Avropa Komissiyasının rəsmiləri Belçikanın Baş naziri ilə görüşlərin ikitərəfli əlaqələri daha da gücləndirmək əməkdaşlığın yeni yollarını araşdırmaq imkanı verməsi məlumatda öz əksini tapıb.

 

Euronews: Azərbaycan Ermənistan liderləri danışıqlar üçün Brüsseldə görüşdü

İki ölkə arasındakı sərhəddə yenidən gərginliyin artması fonunda Ermənistan Azərbaycan liderləri Brüsseldə danışıqlar üçün bir araya gəliblər. Bu barədə nüfuzlu xəbər saytı "Euronews" xəbər yayımlayıb. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəçilik edib. O, şənbə günü axşam Nikol Paşinyanla, bazar günü səhər isə İlham Əliyevlə ikitərəfli görüş keçirib. İlham Əliyev Nikol Paşinyan arasında növbəti görüş iyunun 1- Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq. Görüşdə Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolts da iştirak edəcək.

 

Commonspace.eu:Qazaxıstanın Azərbaycana neft ixracı apreldə 75 faiz artıb

Avropa Birliyinin Commonspace.eu saytının məlumatına görə, Qazaxıstanın milli neft daşıyıcısı olan "KazTransOil" Aktau limanı vasitəsilə Azərbaycana neft ixracını əhəmiyyətli dərəcədə artırıb. Aprel ayında ixracın həcmi əvvəlki ayda 87 min tona qarşı 75 faiz  artaraq 152,4 min tona çatıb. Məqalədə qeyd olunub ki, Qazaxıstandan Azərbaycana neft nəqlinin artırılması aprelin 10-da Prezident Qasım-Jomart Tokayevlə Prezident İlham Əliyevin geniş spektrli sahələr üzrə anlaşma memorandumları imzaladıqları görüşdən sonra baş verib. Qeyd edək ki, ötən il Qazaxıstanın milli neft-qaz şirkəti olan "KazMunayQaz" Azərbaycanın SOCAR şirkəti arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin Azərbaycandan Gürcüstandan keçməklə Türkiyəyə nəqlinə dair 5 illik müqavilə imzalanıb.

 

The Diplomatic İnsight: Azərbaycan nümayəndə heyəti Pakistan Konstitusiyasının qızıl yubileyində

"The Diplomatic İnsight" xəbər saytı Milli Məclisin sədr müavini Adil Əliyevin Pakistan Milli Assambleyasının təşkil etdiyi Beynəlxalq Parlament Konvensiyasında iştirak etmək üçün Pakistana rəsmi səfəri ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Pakistan Milli Assambleyası tərəfindən "Mənim Konstitusiyam - azadlığımın təminatı" adlı konvensiya Pakistan Konstitusiyasının Qızıl Yubileyini qeyd etmək üçün təşkil olunub. Adil Əliyev səfər zamanı bir çox yüksək səviyyəli görüşlərdə iştirak edib Azərbaycanın Pakistanla ikitərəfli əlaqələrin inkişafına sadiq olduğunu bildirib. Sədr müavini hər iki ölkənin tarixi birliyini xüsusi  vurğulayıb. O, Azərbaycanla Pakistan arasında mövcud olan  köklü möhkəm təməl üzərində qurulmuş ikitərəfli qardaşlıq əlaqələrindən danışıb.

İki ölkə arasındakı yaxınlıq müxtəlif, o cümlədən siyasət, müdafiə, iqtisadiyyat mədəniyyət sahələrində qarşılıqlı hörmət, etimad müttəfiqliyə əsaslanır.

Adil Əliyev Azərbaycan-Pakistan iqtisadi diplomatik əlaqələrin möhkəmləndirilməsində parlament əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Daha sonra  o, qeyd edib ki, Pakistan Azərbaycan arasında qardaşlıq əlaqələri bundan sonra da ümumi dəyərlər, ortaq maraqlar qarşılıqlı dəstək əsasında möhkəmlənəcək. Həmçinin Adil Əliyev qarşılıqlı anlaşmanın dərinləşdirilməsi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün müntəzəm görüşlər keçirməyə müəyyən platformalar yaratmağa çağırıb.

Sonda da qeyd edilib ki, hər iki ölkə müxtəlif sahələrdə tərəfdaşlıqlarını daha da dərinləşdirməyə, regional sabitliyi təşviq etməyə, inkişaf tərəqqi naminə birgə işləməyə sadiqdirlər.

 

"Eu neighbourseast": BMTİP  sosial sahibkarlıq üzrə  təlim düşərgəsinə start verilib

"Eu neighbourseast" xəbər saytı  Avropa İttifaqı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycanda sosial problemlərin innovativ biznes həllərinin işlənib hazırlanmasına kömək məqsədilə "Ideation Bootcamp" təlim düşərgəsinə start verdiyini bildirib.

Xəbərdə deyilir kiproqramın birinci mərhələsində  Ağdam, Bakı, Biləsuvar, Gəncə, Goranbay, Göyçay, Qazax, Qusar, Lənkəran, Masallı, Mingəçevir, Neftçala, Şəmkir, Şəki, Yardımlı Zaqatala şəhərlərindən 70-ə yaxın sosial sahibkar, sosialyönümlü müəssisə vətəndaş cəmiyyəti təşkilatları əhatə olunub.

Qeyd olunub ki, iştirakçılar sosial sahibkarlığın dünya praktikası sosial problemlərin həlli təcrübəsinə əsaslanaraq canlı yaratmağın yollarını  öyrəniblər. Tədbir zamanı seçilmiş ideyalar layihənin gələcək inkubasiya akselerasiya proqramının bir hissəsi olacaq maliyyə dəstəyi alacaq.

"Ideation Bootcamp" -nin maliyyələşdirdiyi BMTİP-in  həyata keçirdiyi "Azərbaycanda innovativ davamlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində təşkil olunur. Həmçinin vurğulanıb ki, layihə vətəndaş cəmiyyəti təşkilatlarının siyasi proseslərdə iştirak, yerli inkişafa kömək ölkədə sosial sahibkarlığı təşviq etmək imkanlarının genişləndirilməsinə dəstək məqsədilə reallaşdırılır.

"Respublika".