DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: QƏLƏBƏMİZ CHP- SABİTLİYİ POZUB

Parlament seçkilərininCümhur İttifaqının qələbəsi ilə başa çatması prezident seçkilərində ciddi fərq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin komandasının rahatlığını pozub. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, CHP rəhbərliyi mayın 14- nəticələri bildiyi haldaqalib gəldikteatrı səhnələşdirib bunu da bütün xalq televiziyalardan izləyib. “Nəticələr məlum olduqca, onların yalanları üzə çıxdı. Buna baxmayaraq, qəsdən səhv istiqamətləndirdikləri seçicilərindən, ictimaiyyətdən üzr istədilər”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, dövlət başçısının sözlərinə görə, qarşı tərəf yenə insanlığa sığmayan kampaniyalarını davam etdirir: “Onlar səslərini ala bilmədikləri zəlzələ bölgəsindəki vətəndaşlarımıza yardımları dayandırır, otellərə yerləşdirdikləri insanları oradan çıxarmaq kimi vicdansızlıqlara əl atırlar. Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən qardaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”.

Xatırladaq ki, mayın 14- keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28- keçiriləcək.

 

ABŞ RUSİYA İRANa QARŞI MÜBARİZƏ ÜZRƏ QANUN LAYİHƏSİ HAZIRLAYIR

ABŞ senatoru Ted Kruz sanksiyalar tətbiq etməklə Rusiya İran arasında hərbi-texniki əməkdaşlığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təqdim etmək niyyətindədir. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu respublikaçı senator Vaşinqtonun Hudzon Universitetində çıxışı zamanı bildirib.

Rusiya ilə İran arasında əməkdaşlıq genişmiqyaslıdır dərinləşir. Bayden administrasiyası isə buna qarşı durmağa belə çalışmır. Buna görə mən Bayden administrasiyasını bir sıra cəbhələrdə İran Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edən qanun layihəsinin dəstəklənməsi üçün çalışıram”, - deyə Ted Kruz qeyd edib.

Senatorun açıqlamasına əsasən, qanunvericilik təşəbbüsü Rusiya İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyibanklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə gəmiqayırma zavodlarına qarşı sanksiyaların tətbiqininəzərdə tutur.

Bundan əlavə, senatorun qeyd etdiyi kimi, bu qanun layihəsiİranın xaricdəki milyardlarla dollarını bloklamaqməqsədi daşıyır. Ted Kruzun sözlərinə görə, məsələ ondadır ki, “atomla bağlı daha bir sövdələşməbağlanacağı təqdirdə Tehran bu vəsaitlərə çıxış əldə edə bilməyəcək.

 

UKRAYNA HƏRBÇİLƏRİ  BAXMUTDA DAHA BİR NEÇƏ KİLOMETR İRƏLİLƏYİB

Bu gün biz Donetsk vilayətinin Baxmut şəhərində 1700 metr irəliləmişik”. “Reportagentliyinin məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

Eyni zamanda, Sergey Çerevatının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət sursat baxımından qarşı tərəfdən üstün olmasa da, cinahlarla irəliləməyə davam edir. O, həmçinin əlavə edib ki, Baxmut hərbi əməliyyatların episentri olaraq qalır.

Bununla yanaşı, Sergey Çerevatı qeyd edib ki, Rusiya Silahlı Qüvvələri gün ərzində Baxmut istiqamətində 77 dəfə artilleriya, 6 dəfə isə təyyarə ilə zərbələr endirib. “Döyüşlərdə qarşı tərəfin 130 hərbçisi məhv edilib, 145-i yaralanıb, 4-ü isə əsir götürülüb”, - deyə ukraynalı rəsmi əlavə edib.

Xatırladaq ki, bu ərəfədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya artıq Baxmutda üstünlüyü itirib.

 

11 MİLYONA YAXIN BRİTANİYALI KREDİTLƏRİNİ ÖDƏMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR

Kreditlərin kommunal ödənişlərin ödənilməsində problem yaşayan britaniyalıların sayı son bir ildə 40 faiz artaraq 2022-ci ilin may ayındakı 7,8 milyondan 10,9 milyon nəfərə çatıb. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Maliyyə Bazarlarında Davranış Normasına Nəzarət Təşkilatının hesabatında qeyd olunur.

Eyni zamanda, tənzimləyicinin məlumatına görə, Böyük Britaniyada təxminən 5,6 milyon insan son altı ayın ən azı üçündə kommunal ödənişlər ya kredit ödənişlərini gecikdirib. Həmçinin il ərzində onların sayı 1,4 milyon nəfər artıb.

Verilən xəbərə görə, ölkənin yetkin əhalisinin təxminən yarısı ya təxminən 28,4 milyon insan bu ilin yanvarında altı ay daha əvvəl ilə müqayisədə yaşayış dəyərinin artması ilə bağlı daha çox narahatlıq ya stress hiss edib.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniyada aprel ayında inflyasiya 10,1 faiz təşkil edib. İngiltərə Bankı cari il üçün istehlak qiymətlərinin artım tempinin 5,1 faiz təşkil edəcəyini, 2024- ilin sonunda isə 2,3 faizə qədər azalacağını proqnozlaşdırır.

 

COZEF BAYDEN YAPONİYADAN ÜZR İSTƏMƏK NİYYƏTİNDƏ DEYİL

ABŞ prezidenti Cozef Bayden 1945-ci ildə Xirosima Naqasakiyə atom bombalarının atılmasına görə Yaponiyadan üzr istəməyəcək. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin müşaviri Ceyk Sallivan məlumat yayıb.

Jurnalistlərin Baydenin bu olaya ABŞ-ın adından üzr istəmək niyyətində olub-olmadığını soruşduqda, Sallivan belə cavab verib: “Prezident Sülh Memorialında (Xirosimada) açıqlama verməyəcək”.

Müşavirin sözlərinə görə, ABŞ lideriG7” ölkələrinin digər liderləri ilə birlikdə memoriala gül dəstələri qoyacaq digər tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, bu ilG7” Yaponiya sədrlik edir. Məlumata görə, liderlərin sammiti mayın 19-dan 21-dək davam edəcək.

 

BMT-DƏN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ

BMT Afrikanın Sahel bölgəsindəki silahlılarla mübarizə aparmaq bölgənin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq dəstəyə ehtiyac olduğu ilə əlaqədar çağırış edib. Bu barədəTRTtelekanalının yaydığı məlumatda qeyd olunur.

BMT baş katibinin Afrika üzrə köməkçisi Marta Pobe Təhlükəsizlik Şurasındakı çıxışında Sahel bölgəsində silahlı qrupların hücumlarının artdığına diqqət çəkərək, bölgəyə daha çox dəstəyin verilməsinin əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, Marta Pobe  Burkina Faso, Çad, Mavritaniya Nigerin silahlı təşkilatlara qarşı birgə hərəkət etdiyini, lakin yanvar ayından bu yana effektiv hərbi əməliyyat həyata  keçirə bilmədiklərini diqqətə çatdırıb.

Fransanın Mali ilə yaşanan böhran səbəbindən qoşunlarını Nigerə yerləşdirdiyini qeyd edən Marta Pobe bölgəyə rus muzdlularının yerləşdirildiyini bəyan edib.

Bununla yanaşı, Marta Pobe Burkina Faso, Niger Malinin təhlükəsizlik sahəsində əməkdaşlıq etdiklərini, lakin sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsinin mümkün olmadığını əlavə edib.

 

PLANETİMİZDƏ HAVANIN TEMPERATURU GETDİKCƏ İSTİLƏŞƏCƏK

BMT- bağlı Ümumdünya Meteorologiya Qurumu 2023-2027-ci illərdə dünyada rekord hava istiliyinin müşahidə olunacağını ilə bağlı hesabat dərc edib. “TRTtelekanalının xəbərinə görə, hesabata əsasən, istixana qazı emissiyaları El Ninohava hadisəsi temperaturu daha da artırıb.

Məlumata görə, 2023-2027-ci illər arasında ən azı bir ilin ən isti il olacağı 5 ilin hamısının qlobal hava istiliyinin rekord səviyyələrə çatdığı bir dövr olacağı ehtimalı 98 faiz qeyd edilib.

Bildirilir ki, sözügedən dövrdə 66 faiz ehtimalla illik ortalama havanın istiliyi ən azı 1,5 dərəcə yüksək olacaq.

Eyni zamanda, havanın temperaturu dünyanın müxtəlif yerlərində yağan yağışlara təsir göstərəcəyi üçün yağıntılar regional miqyasda artacaq ya azalacaq.

Bununla yanaşı, istixana qazı emissiyaları okeanların istiləşməsinə turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına ekstremal hava hadisələrinə səbəb ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.