Pakistanda iyunun 25-dən bəri yağan musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 169-a çatıb.
"Respublika" Beynəlxalq Fəlakətlərin İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, musson yağışları ölkəyə olduqca mənfi təsir edib.
Pakistanda həyatını itirənlərin sayı 169-a, yaralıların sayı isə 256-a yüksəlib. Yağışlar nəticəsində 1162 ev tamamilə dağılıb, 242 ev qismən dağılıb, 374 təsərrüfat heyvanı tələf olub. Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Töhfə SƏMƏDOVA.
"Respublika".