İsveçin müdafiə naziri Pal Conson:
Dünya xəbərləri

İsveçin müdafiə naziri Pal Conson: "Türkiyə ilə beynəlxalq terrorizmə qarşı mübarizə aparacağıq...”

İsveçin müdafiə naziri Pal Conson mətbuata NATO liderlərinin Vilnüsdə keçirilən sammitinə dair açıqlamalar verib.

“Respublika” xarici mətbuata istinadən xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünə dair qərarın qəbulundan sonra nazir, İsveçin Türkiyə ilə birlikdə terrorizmlə qətiyyətlə mübarizə aparacağını söyləyib.

"Türkiyə ilə beynəlxalq terrorizmə qarşı mübarizə aparacağıq. Özümüzü İsveçdəki PKK terror təşkilatının fəaliyyətinin qarşısını almağa həsr edəcəyik. Bu, həm bizim, həm də Türkiyənin təhlükəsizliyi üçün vacibdir", - deyə, nazir vurğulayıb..

Musa BAĞIRLI,

“Respublika”.