Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Uçan oteli xatırladan təyyarə

ABŞ-ın "Quantum" şirkəti  800 nəfərlik sərnişin  tutumuna malik   "Progress Eagle" adlı dünyanın ən böyük təyyarə modelinin hazırlanmasına başlayıb. "Uçan oteli" xatırladan   günəş enerjisi ilə çalışacaq olan təyyarənin hava nəqliyyatında yeni  dövr açacağı gözlənilir.

İspan dizayneri Oscar Vinals tərəfindən hazırlanmış təyyarə modeli indiyədək istehsal edilmiş bütün təyyarələrdən fərqli dizaynı ilə diqqət çəkir. Belə ki, nəqliyyatın salon hissəsi sanki bir oteli xatırladır. Təyyarədə 800 sərnişin  tutumuna malik standart reyslər kabinə əvəzinə restoran, SPA, kinoteatr, mağazalar kazino kimi obyektlərin  fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Kosmos dövrü ilə ayaqlaşacaq olan təyyarənin peykdən topladığı günəş enerjisi sayəsində demək olar ki, davamlı olaraq havada qala bilməsi hədəflənirBundan əlavə, enerjiyə qənaət baxımından da çox sərfəli olan nəqliyyatda sərnişinlərinə dünyanı səyahət etmək imkanı yaradacaq üç aviabilet sinfi nəzərdə tutulub: "turist", "biznes" "pilot". Adi təyyarələrdə olmayan "pilot" sinfinə məxsus  aviabileti əldə edən sərnişinlər "panoramik baxış" imkanından yararlana biləcəklər. Qanadlarının uzunluğunun 96 metr, ümumi uzunluğunun isə 80 metr olması nəzərdə tutulan nəqliyyat vasitəsinin 2030-cu ilə qədər istehsal edilməsi planlaşdırılır.

 

"SpaceX" şirkəti növbəti uçuşu hazırlayır

"SpaceX" şirkəti aktiv şəkildə "Starship" kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmağa  hazırlaşır. Belə ki, şirkət özünün Starbase adlı kosmodromunun  meydançasına "Starship"in 25-ci prototipini göndərib.

"Sözcü" veb saytının yaydığı xəbərə görəsözügedən kosmik gəminin sistemi iki hissədən ibarətdir. Birinci hissəsini 33 ədəd mühərrikə malik "Super Heavyadlı ağır raket, ikinci hissəsini isə "Starship" kosmik gəmisi təşkil edir. Onu da qeyd edək ki, kosmik gəminin daha əvvəlki prototipinin keçən ay keçirilmiş uçuş testi o qədər uğurlu olmamışdı. Belə ki, prototip 40 kilometr hündürlüyə qalxdıqdan sonra havada partlamışdı. "Starship"in start meydançasına göndərilmiş 25-ci prototipinə gəldikdə isə, ilk növbədə, onun mühərriklərinin statik testləri keçiriləcək. Lakin ilk orbital uçuşda məhz bu prototipin iştirak edəcəyi dəqiq deyil. Belə ki, hazırda şirkət "Starship"in bir neçə prototipi üzərində çalışır. Bununla belə, kosmik gəminin ilk orbital uçuşu üzrə növbəti cəhdin zaman reallaşdırılacağı haqda hələ ki, heç bir məlumat yoxdur.

 

"DarkBERT" adlı süni zəka modeli yaradılıb

Koreyalı elm adamları "DarkBERT" adlı süni zəka modeli hazırlayıblar. "Techxplore" veb saytına istinadən bildirilir ki, sözügedən süni zəka modeli darknetdə  (təhlükəsizlik məqsədləri üçün yaradılan şəbəkə) olan  elmi məlumatların axtarışı üçün yaradılıb.

Qeyd edək ki, sözügedən  neyron şəbəkəsi  xüsusi filtrlərə sahibdir həmin filtrlər istifadəçiləri arzuolunmaz məlumatlardan qorumaq üçün nəzərdə tutulub. "DarkBERTneyron şəbəkəsi 2019-cu ildə hazırlanmış "RoBERTa" adlı arxitekturaya əsaslanır.

Koreyanın Elm Texnologiya İnstitutunun  mütəxəssisləri aşkar ediblər ki, sözügedən arxitektura  düşünüldüyündən daha yüksək performansa sahib ola bilər. Süni zəka modelini təlimatlandırmaq üçün mütəxəssislər Tor (ing. The Onion Router) brauzeri vasitəsilə darkneti skan edib daha sonra emal edilməmiş məlumatları filtrdən keçiriblər. Bu üsul ilə mütəxəssislər süni zəka modelinin təlimatlandırılması üçün lazım olan məlumatlar bazasının yaradılmasına nail olmaq istəyiblər. Nəticədə isə sözügedən neyron şəbəkəsi ərsəyə gəlib. Məlumata görə, bu neyron şəbəkəsi darknetdəki kontentlərin fraqmentlərini analiz etməklə yanaşı, həmçinin  onlardan faydalı məlumatları  da əldə edə bilir.

 

Kosmosa nüvə mühərrikli raket göndəriləcək

ABŞ-ın Milli Aeronavtika Kosmos İdarəsi (NASAkosmosa nüvə mühərrikli raket göndərməyi planlaşdırır. Türkiyə mətbuatının yaydığı xəbərə görə, raketin kosmosa bu onilliyin ikinci yarısında göndərilməsi nəzərdə tutulur.

Agentlikdən verilən məlumatda bildirilib ki, nüvə mühərrikinə sahib raketin kosmosa göndərilməsi insanlar üçün həyati təhlükə yaratmayacaq. Belə ki, nüvə mühərriki raketin Yer kürəsi səthindən təhlükəsiz məsafəyə qədər uzaqlaşdığı zaman çalışmağa başlayacaq.

Qeyd edək kiNASA bu layihə çərçivəsində ABŞ Müdafiə Nazirliyinin DARPA idarəsi ilə əməkdaşlıq edir. Bu idarə perspektivli tədqiqat layihələrinin reallaşdırılması üçün nəzərdə tutulub. Nüvə mühərrikinə sahib raketin kosmosa 2027-ci ildə göndərilməsi planlaşdırılır. Raketdə təqribi olaraq 10 min ton itələmə qüvvəsinə sahib mühərrikin prototipindən istifadə ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, "SpaceX" şirkətinin "Super Heavy" adlı ağır raketində mövcud olan 33 ədəd Raptor V3 mühərriki ümumilikdə 9 min  ton itələmə qüvvəsini təmin edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".