Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə   bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Türkiyənin İstiqlaliyyət müharibəsi"ni oxuculara təqdim edirik.

"Respublika".

 

Türkiyənin İstiqlaliyyət müharibəsi (Qurtuluş savaşı)

Dünya tarixində elə  hadisələr var ki, hələ indiki dövrdə təsirləri davam edir. Bunlardan bəziləri isə XX əsrdə baş vermiş günümüzə qədər gəlib çıxmış, bəşəriyyətin təkamülünə səbəb olaraq tarixin gedişatını dəyişdirmişdir. Belə hadisələrdən biri bütövlükdə türk dünyasının böyük zəfəri hesab edilən Türkiyənin İstiqlaliyyət müharibəsidir. XX yüzilliyin ən böyük hərbi siyasi xadimlərindən olan Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türk Milli Hərəkatının qələbəsi ilə nəticələnən bu savaş, Osmanlı İmperiyasının süqutu, Lozanna müqaviləsinin imzalanması nəhayət, Türkiyə Cümhuriyyətinin bütün dünyada müstəqil dövlət kimi qəbul edilməsinə səbəb olmuşdur. Qurtuluş savaşı həmçininbütün dünyada hüquqları istismar olunan dövlətlərə nümunə olmaqla bəşəriyyətin formalaşmasında böyük rol oynamışdır. Osmanlı imperiyasının xarabalıqları üzərində müasir Türkiyə Respublikasını inşa edən  Mustafa Kamal öncə Çanaqqala, daha sonra isə Qurtuluş savaşında göstərdiyi böyük şücaəti, ağlı cəsarəti ilə yüz milyonlarla insanın dərin ehtiramını qazanmış, bütün dünyaya  türkün gücünü göstərərək tarixə düşmüşdür.

30 avqust zəfəri Türkiyənin qəhrəman Türk Ordusunun tarixində  milli Qurtuluş savaşının dönüş nöqtəsi hesab olunur. 1919-cu ildə böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan mücadilə məhz 1922-ci ilin avqust ayında özünün ən parlaq zirvəsinə yüksəlmişdi. Elə bir zirvəyə ki, bütün dünyanı heyrətə salmışdıBu zəfər türk millətinin XX yüzillikdə dünya tarixində yazdığı ən böyük qəhrəmanlıq səhifəsidir.

Bu səhifələri vərəqlədikcə, qəhrəman türk millətinin vətənpərvərliyi, yurduna torpağına olan bağlılığı, sevgisi açıq-aydın görünür. Lakin zəfərə aparan yol o qədər hamar olmayıb...

Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif saldı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə Türkiyə arasında "Mudros" adlı təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 15- yunan qoşunları imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi. İngilis qoşunları isə İstanbulun içərilərinə doğru irəliləyirdi.

İzmirin işğalından sonra işğalçı dövlətlərin Türkiyəni parçalamaq siyasətinə qarşı ölkədə milli azadlıq hərəkatı başladı. Artıq müharibədən yorulmuş Osmanlı türkləri yenidən özlərində güc taparaq düşmənə müqavimət göstərirdi. Beləliklə, Mustafa Kamal Paşanın rəhbərliyi ilə 1919-cu il mayın 19-da Türkiyənin milli qurtuluş savaşı başladı.

Mustafa Kamal Paşa Osmanlı ordusunun ən istedadlı generallarından biri idi. Onun rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23- Ankarada Türkiyə Böyük Millət Məclisinə toplanırlar. Mustafa Kamal Paşa məclisin sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşının başlanmasını elan edir. Bu ağır çətin günlərdə ümumi səfərbərlik elan olunur. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs könüllü olaraq ordu sıralarına yazılır, vətəninin, torpağının xilasına tələsirdi. Amma içəridən bu hərəkata mane olan düşmənlərin sayı az deyildi. Belələri xəyanətdən yunan tərəfə keçməkdən çəkinmirdilər ki, bu da Atatürkün planlarına mane olurdu. Buna baxmayaraq, həmin günlərdə Mustafa Kamal Paşa üzünü xalqına tutaraq bəyan etdi: "Efendiler! Dahilde ve hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliği ne olursa-olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır".

1921-ci ildə Sakarya müharibəsi zamanı "Xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır". O "Səth bütün vətəndir", - deyir böyük sərkərdə Atatürk hərb tarixinə yeni bir məfhum gətirir.

Mustafa Kamal Paşa 1922-ci il avqustun 6-da orduya məxfi olaraq savaşmaq üçün hazırlanma tapşırığı verir. Özü isə Akşehirə gələrək komandanları bir araya toplayır. Həmin toplantıda müharibənin başlanacağı günü avqustun 26-na təyin edir.

26 avqust 1922-ci il tarixdə sabah erkəndən, saat 05:30-da topçuların atəşiylə Kocatəpədən Meydan Savaşı başlayır. Savaşı Başkomandan Mustafa Kamal Paşa idarə edirdi. Qəhrəman Türk Ordusu güneydən, quzeydən hərəkət edərək qısa zamanda irəliləyir, yunanların müdafiə xətti yarılır. 26-27 avqust gecəsi yunanların silah-sursatı ələ keçirilir. Qısa müddət ərzində Afyon işğaldan azad olur. Dumlupınara doğru geri çəkilən düşmən bütün yunan ordusu tamamilə məğlub edilir. Savaşın sonlarına az qalmış yunan Başkomandanı, Trikopis əsir alınır. Bu arada Kütahya da düşməndan təmizlənir. Savaşı Başkomandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş "Meydan savaşı" adını alır. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq düşmənə güzəştə gedilmir.

Türk Ordusu döyüşlərdə misilsiz şücaətlər göstərərək avqustun 30-da düşməni tam məğlubiyyətə uğradır. Bundan sonra böyük öndər Atatürk döyüşdən qələbə ilə çıxan hərbi birliklərə "Ordular, hədəfiniz Aralıq dənizidir, irəli!" əmrini verir. Türk Ordusu bu əmri qəhrəmanlıqla yerinə yetirirBeləliklə, böyük Türkiyənin Qurtuluş müharibəsi 1922-ci il avqustun 30-da türk xalqının tam qələbəsilə sona çatır. 30 avqust tarixi Türkiyə tarixində möhtəşəm gündür.

1923- il oktyabrın 13- Ankara Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin rəsmən elan edilməsi haqqında qərar imzalanır. Dünya tarixindən bəllidir ki, Lozanna sülh konfransında uzun sürən müzakirələrdən sonra Türkiyə Cümhuriyyətinin mövcud sərhədləri böyük dövlətlər tərəfindən tanınır. 1934- ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamal Paşaya rəsmi olaraq "Atatürk" soyadını verir.

Türkiyənin böyük qurbanlar dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Türk xalqının milli müstəqillik uğrunda apardığı azadlıq mübarizəsi imperialist dövlətlər üzərindəki tarixi qələbəsi ilə milli-dünyəvi, müstəqil türk dövləti təşəkkül tapdı.

Bu hadisə Şərq xalqlarının milli azadlıq hərəkatına da güclü təkan oldu. 1922-ci ilin yayında Atatürk demişdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa daha az qanlı olar tez qurtarardı. Türkiyə qəti ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".

Onu da qeyd edək kiMilli Qurtuluş savaşının qələbə ilə nəticələnməsində "Türk Ordusunun böyük hərbi hücumu" adı ilə tarixə düşmüş hərbi əməliyyatın böyük rolu olmuşdur. Bu əməliyyatdan əvvəl bütün hücum planları dəqiqliklə məxfiliklə hazırlanmışdı. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər hesabına döyüş üçün silah-sursat alınmışdı.

Yeri gəlmişkən, Azərbaycan o ağır illərdə maddi mənəvi yardımını qardaş Türkiyədən əsirgəməmişdi. Bu dönəmin tədqiqatçıları yazırlar ki, Mustafa Kamal Paşa 1921-ci il martın 17-, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. N.Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərir.

Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun bu barədə 1921-ci il martın 23- Mustafa Kamal Atatürkə yazdığı məktubunda izahı daha gözəl verilir. N.Nərimanov yazırdı: "Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın  başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil...".

Bu gün daim biri-birinə dayaq olan iki dövlət arasında qardaşlıq münasibətləri davam edir. Dar gündə qardaşın qardaşa vəfa borcunu yerinə yetirən Türkiyə 44 günlük Vətən savaşında da Azərbaycanın yanında oldu, xalqımızdan mənəvi dəstəyini əsirgəmədi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".