Alimlər unudulmuş xatirələrin bərpasının mümkün olduğunu iddia edir
Maraqlı

Alimlər unudulmuş xatirələrin bərpasının mümkün olduğunu iddia edir

“Xatirələri unutmaq – yeni bilgiləri əldə etmək, öyrənmək üçün faydalı elementdir”.

"Respublika" xəbər verir ki, bu barədə "LiveScience" məlumat yayıb.

Bildirilib ki, unudulmuş xatirələrin bərpası ilə bağlı laboratoriya siçanları üzərində təcrübələr aparılıb. Heyvanlar obyekti xüsusi məkanla əlaqələndirməli, sonra obyekt orijinal kontekstindən çıxardıqda onu tanımalı idi. Ancaq məlum oldu ki, siçanlar başqaları yarandıqda əvvəlki assosiasiyaları unudurlar.

Unutmağın bu formasının mexanizmlərini öyrənmək üçün nevroloqlar xüsusi xatirələri saxlayan beyin hüceyrələri qruplarının (enqramların) aktivləşməsini, həmçinin onların unutduqdan sonra necə işlədiyini izləyiblər.

Məlum olub ki, enqramlar arasında rəqabət dominant yaddaşa təsir edərək, “məğlub tərəfdə” saxlanan məlumatları unutdurur.
Bununla belə, bir qrup beyin hüceyrələrini təbii və süni siqnallarla, həmçinin yeni xatirələrlə yenidən aktivləşdirməklə unudulmuş fraqmentlər bərpa oluna bilər.

Kəşf yaddaşın formalaşma mexanizmlərinə işıq salır və müəyyən şəraitdə unutmanın geriyə dönə biləcəyini göstərir.

Tədqiqat həmçinin Alzeihmer kimi xəstəlikləri olan insanlar üçün yeni istiqamətlərin əsasını təşkil edə bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".