9 sentyabr 2011-ci il tarixində Abşeron yatağında böyük həcmdə qaz ehtiyatları aşkarlanıb
Maraqlı

9 sentyabr 2011-ci il tarixində Abşeron yatağında böyük həcmdə qaz ehtiyatları aşkarlanıb

9 sentyabr 2011-ci il tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması rəsmən elan olunub. Yataq “Şahdəniz”dən sonra Azərbaycanın ikinci ən böyük qaz kondensat yatağıdır. "Respublika" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

“Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib və yatağın ehtiyatları 300 mlrd kubmetr qaz, 790 mln barrel kondensat kimi qiymətləndirilir. 19.09.2020-ci il tarixdə “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi keçirilib.

Yataqdan ilk qaz hasilatı 3 iyul 2023-cü il tarixində baş verib. Hasilatın başlandığı vaxtdan 09.09.2023-cü il tarixinədək “Abşeron” yatağından 274 milyon kubmetrə yaxın qaz və 104 min tona yaxın kondensat hasil edilib.