Həşərat yemənin maddələr mübadiləsi üçün faydalı olduğu aşkar edilib
Maraqlı

Həşərat yemənin maddələr mübadiləsi üçün faydalı olduğu aşkar edilib

Yeni bir araşdırma göstərdi ki, həşərat qabıqları məməlilərin maddələr mübadiləsini gücləndirə bilər. 

"Respublika" xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları bu barədə araşdırma aparırlar. Onlar siçanları həşərat və xərçəngkimilərin ekzoskeletlərində çoxlu olan xitin adlı qida maddəsi ilə qidalandırıblar.

Heyvanların mədələrinin xüsusi immun reaksiyasına səbəb olan şişməsi müşahidə edilib.

Nəhayət, bədən xitin həzmi üçün lazım olan AMCase adlı unikal bağırsaq fermenti istehsal edib, eyni zamanda yağ toxumalarını tənzimləyən hüceyrələr də aktivləşmə müşahidə olunub.

“Science” elmi jurnalında dərc edilən araşdırmaya görə, xitinlə qidalanan siçanların metabolizmi yağlı qidaları  qəbul edənlərdən daha yaxşı işləmişdir.