İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya
Məktublar

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Hörmətli cənab Prezident,

Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 may 2023-cü il