Qürur və ehtiram
Sosial həyat

Qürur və ehtiram

On ildən sonra şəhid övladının hərbi geyimi ilə görüşən ananın hekayəsi

44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edən, döyüş meydanında gülləsi qurtaranda düşməni dişi ilə parçalayan qəhrəman oğulların əziz xatirəsi unudulmur, onların adı həmişə ehtiramla, məhəbbətlə, qürurla anılır, şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət qayğı göstərilir. Fəqət şəhid anaları oğullarının həsrətilə ocaq kimi korun-korun yanırlar, doğmalarının, əzizlərinin bir şəkli, bir əsgər paltarı, bir zabit mundiri onların qəlbində neçə-neçə xatirələri oyadır, xəyalları ipə-sapa düzür. Vətən torpağını bütöv edərək ömürləri yarı yolda qırılan şəhidlərə məxsus hər bir əşya şəhid anaları üçün çox dəyərli qiymətlidir, analar onlardan övladlarının ətrini alırlar. Şəhid anası Ceyran Məmmədovanı yavru vətən Naxçıvandan Ağdam rayonunun Mahrızlı kəndinə gətirən səbəb övladından qalan nişanəni görmək, onu oxşamaq olub.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Şəhriyar Məmmədov 2013- il aprelin 8- Ağdam rayonu ərazisində döyüş növbəsində olarkən şəhidlik zirvəsinə ucalıb. Həmin tarixdən 10 il keçəndən sonra Şəhriyarın anası Ceyran Məmmədova oğlu şəhid olduğu vaxt əynində olan hərbi geyimin Ağdam Döyüş Şöhrəti Muzeyində saxlanıldığını öyrənib. Şəhid anası ailə üzvləri ilə birlikdə Şəhriyarın digər qəhrəmanlarımızın əşyalarının saxlanıldığı muzeyi ziyarət edib. Oğlunun hərbi formasını bağrına basaraq onu qoxulayan, onu sığallayan ananın göz yaşları duyğulu anlar yaşadıb, bir zabit mundiri anaya çox böyük təsəlli olub. Şəhid ailələrinin, müharibə veteranlarının iştirak etdiyi görüşdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələrinin görüşündə xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən ətraflı söz açılıb, şəhid Şəhriyar Məmmədovun şərəfli ömür döyüş yolundan danışıblar.

Bildirilib ki, Şəhriyar Məmmədov 1988-ci il dekabrın 28- Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi Liseydə 2010-cu ildə Ali Hərbi Məktəbdə təhsil alıb. Leytenant hərbi rütbəsində cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb, torpaqlarımızı işğal edən düşmənlə üz-üzə keşikdə dayanıb. 2013- il aprelin 8- axşam saatlarında düşmən snayperindən atılan güllə nəticəsində şəhid olub, Babək rayonunda dəfn edilib, hərbi forması isə Ağdamın Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinə təhvil verilib. Həmin hərbi geyim qorunub saxlanılıb. Şəhid anası Ceyran Məmmədova bu nəcib hərəkətə görə muzeyin kollektivinə tədbir iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edək ki, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində onlarla şəhidimizin əşyaları, geyimləri, şəkilləri qorunur. Buradakı hər bir eksponatın həm kədərli, həm qürurlu tarixçəsi var. Şəhriyar Məmmədovun şəhid olduğu vaxt əynində olan, torpaq uğrunda axan qanı hopan o hərbi forma kimi. Adı and yerinə çevrilən, igidliyi dastanlara sığmayan şəhidlər Azərbaycanın haqqını şərəfini ucaltdılar. Şəhidlərin igidliyi, hünəri, Vətənin bütövlüyü başımızı dikəldir, şərəfimizi ucaldır, düşünürsən ki, qüdrətli cəsur xalq bir ölər, min dirilər. Bu igidləri böyüdən anaların, düşmənə bac vermə oğul - deyən ataların dözümü, iradəsi, övlad yerinə al-qırmızı bayrağımızı sinəsinə sıxaraq, təki Vətən yaşasın deyən valideynlərə qazilərə hər birimizin ehtiram borcu var.

Salman ALIOĞLU,

"Respublika".