DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL: URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİ 90 FAİZƏ ÇATARSA İRANA ZƏRBƏ QAÇILMAZDIR

İran hakimiyyəti uranı 90 faiz zənginləşdirərsə İsrailin zərbəsi qaçılmaz olacaq. “Sputnikinformasiya agentliyinin xəbərinə görə, bunu yüksək vəzifəli İsrail rəsmisiIsrael Hayomnəşrinə açıqlamasında bildirib.

Məlumata əsasən, İsrail rəsmisi İranın zənginləşdirilmiş uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu bildirib. O deyib: “ABŞ, eləcə digər Qərb dövlətləri yaxşı bilirlər ki, nüvə bombasının istehsalı üçün lazım olan hədd - 90 faiz zənginləşdirilmiş uran İsrail üçünqırmızı xəttdir”. Eyni zamanda, İsrail rəsmisi qeyd edib ki, ABŞ-ın İranla müqavilə bağlamaq üçün göstərdiyi nəzərəçarpan səylərə baxmayaraq, çətin ki, uğur əldə edilsin, çünki İranın ali dini rəhbəri Əli Xamenei sövdələşməyə heç bir maraq göstərmir.

Vurbulanır ki, İsrail rəsmisinin bəyanatı İran Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılaşma potensialının olduğu bir vaxta təsadüf edir. Bir neçə gün öncə ölkəsinin atom sənayesi nümayəndələri ilə görüşən Əli Xamenei bildirib ki, İran istəsə Qərb Tehranın nüvə silahı istehsalını dayandıra bilməz.

 

ABŞ BEŞ ÖLKƏDƏ 150- YAXIN NÜVƏ BAŞLIĞI YERLƏŞDİRİB

ABŞ Avrasiyanın beş ölkəsində 150- yaxın nüvə başlığı yerləşdirib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət tədqiqat koordinatoru Alisiya Sanders-Zakre Cenevrədə keçirdiyi brifinqdə bildirib. “Rəsmi təsdiq ya təkzib olmasa da, biz bilirik ki, nüvə silahı Avropa Asiyanın beş ölkəsində - Almaniya, Belçika, Niderland, İtaliya Türkiyədə yerləşdirilib” - deyə Sanders-Zakre vurğulayıb.

Bununla yanaşı, ICAN proqram koordinatoru Syuzi Snayder isə xatırladıb ki, 2009-cu ildə Almaniyada keçirilən seçkilərdən sonra koalisiya sazişində Amerika silahlarının ölkədən çıxarılması səyləri barədə bənd əks olunub.

Eyni zamanda, ICAN proqramının koordinatoru çıxışı zamanı deyib: “Bu, sirr deyil. Hamımız bilirik ki, orada silah var. Bu, göz qabağındadır”. Bununla bağlı Syuzi Snayder nüvə arsenalları sahəsində şəffaflığın təmin edilməsi məsələsiniciddi problemadlandırıb.

 

SİLVİO BERLUSKONİNİN MİRASI TƏXMİNƏN 5 MİLYARD AVRODUR

İtaliyanın vəfat edən keçmiş baş naziri Silvio Berluskoni ölkənin ən zəngin adamlarından biri idi. “Corriere della Seraqəzetinin məlumatına əsasən, onun mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilir bu, onun 5 övladı, eləcə 16 nəvəsinə qalacaq.

Bildirilir ki, əsas pay 4,89 milyard avro dəyərində olanFininvestailə holdinqinin payına düşür. HoldinqəMediaset TVşirkətinin 50 faizi Mondadorinəşriyyatının 53 faizi, həmçininMediolanumbankı daxildir.

Məlumata əsasən, “Forbesjurnalının son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə o, ilk yerdə qərarlaşıb. Jurnal onun sərvətini bazar meyarlarına görə 6,9 milyard avro qiymətləndirib.

Eyni zamanda, biznesdən əlavə, Silvio Berluskoninin bir neçə villası, sarayları evləri var. Onun Milanın yaxınlığındakı ən məşhur iqamətgahı Arkoredəki Villa San Martinodur.

 

DÜNYADA İLK DƏFƏ NƏFƏS ALAN TƏRLƏYƏN ROBOT YARADILIB

ABŞ-ınThermetricsşirkəti Arizona Dövlət Universitetinin (ADU) tədqiqatçıları üçün nəfəs alan, tərləyən titrəyə bilən dünyada ilk robot yaradıb. “Reportagentliyinin məlumatına görə, istiliyə həssas olan bu robot insan təri əmələ gətirən məsamələri olan səthə malikdir.

Tədqiqatçılar yüksək temperaturun insan orqanizminə necə təsir etdiyini başa düşmək üçün bu yay istiliyə həssas ərazilərdə bu texnologiya möcüzəsini sınaqdan keçirməyi planlaşdırırlar. Robot açıq havada istifadə oluna bilən ilk termal mankendir. Əvvəllər qeyri-mümkün olan həddindən artıq isti şəraitində eksperimentlərin aparılması, eləcə günəş radiasiyasının təsirlərinin araşdırılması artıq sözügedən robot sayəsində mümkün olacaq.

Verilən xəbərə görə, elmi irəliləyiş bununla da bitmir, çünki tədqiqatçılar bu yay birlikdə işləmək insanın tərləmə mexanizmlərini daha yaxşı başa düşmək üçün bu robotu ASU-nun digər biometeoroloji termal robotu ilə birləşdirəcəklər.

 

ÇİN HÖKUMƏTİ ABŞ SANKSİYALARINA KƏSKİN ETİRAZINI BİLDİRİB

Çin hakimiyyəti ABŞ-ın İrana görə bəzi Çin şirkətləri vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edib. “Sputnikinformasiya agentliyinin xəbərinə görə, bu barədə Çin Ticarət Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Birləşmiş Ştatlar İranla qarşılıqlı əlaqələri bəhanə edərək, Çinin bəzi müəssisə vətəndaşlarını xüsusi siyahıya daxil edib, onlara qarşı sanksiyalar tətbiq edib. Çin buna qəti etirazını bildirir”, - deyə məlumatda vurğulanır.

Eyni zamanda, bəyanatda qeyd olunub ki, Vaşinqtonun bu məhdudiyyətlərin tətbiqi üçün hüquqi əsasları yoxdur.

ABŞ məsuliyyətsiz təzyiqləri dayandırmalıdır. Çin lazımi tədbirləri görəcək, biz Çin müəssisələrinin vətəndaşlarının qanuni maraqlarını qətiyyətlə qoruyacağıq”, - deyə nazirliyin bəyanatında bildirilib.

 

LATIN AMERİKASI ÖLKƏLƏRİNƏ 10 MİLYARD AVRO VƏD EDİB

Avropa İttifaqı Latın Amerikası ölkələrinə, ilk növbədə, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji rəqəmsal iqtisadiyyatın inkişafı layihələrinə nadir torpaq ehtiyatlarının hasilatı sahəsində əməkdaşlıq müqabilində 10 milyard avro sərmayə qoyacağını vəd edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Braziliyada mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Biz qitələrimizin yaşıl keçid üçün bu əsas resurslara olan ehtiyaclarını ödəməyə kömək etmək üçün Braziliya ilə strateji nadir torpaq mədənləri üzrə tərəfdaşlığa başlayırıq”, - deyə Avropa Komissiyasının rəhbəri bildirib.

Ursula fon der Lyayen vurğulayıb ki, Braziliyada hidrogen yanacağının daha təmiz istehsalına 2 milyard avro tropik meşələrin itirilməsi ilə mübarizə üçün layihələrə 430 milyon avro sərmayə qoyur. Eyni zamanda, xanım siyasətçi ölkənin yenidən sənayeləşməsinə səbəb olan təkcə iqtisadi sahədə deyil, ən geniş dialoq üçün platformaya çevrilməli olan Braziliya ticarət əməkdaşlığına söz verib.

 

FTB-nin MÜŞAHİDƏ SİYAHISINDA OLANLARIN 98 FAİZİ MÜSƏLMANLARDIR

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) müşahidə siyahısında olanların əksəriyyəti müsəlmanlardır. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə Amerika-İslam Münasibətləri Şurası (CAIR) FTB-nin müsəlmanları hədəf alan, terrorizmi yoxlayan məlumat bazası ilə bağlı hesabat yayıb.

Məlumata görə, hesabat FTB izləmə siyahısının 2019-cu il versiyasının isveçrəli haker tərəfindən təsadüfən ələ keçirilərək onlayn mühitə yüklənən 1,5 milyondan çox məlumatın hərtərəfli təhlili əsasında hazırlanıb.

Bildirilir ki, FTB məlumat bazasında təkcəMəhəmmədƏliadlarının fərqli tələffüzlə 350 min dəfədən çox yazıldığı bildirilir. Həmçinin ən çox adı çəkilən ilk 50 nəfərin hamısının müsəlman olduğu qeyd edilib.

Araşdırılan izləmə siyahısı bazasındakı 1,47 milyondan çox məlumatın 98 faizdən çoxu müsəlmanlara aiddir.

Verilən xəbərə görə, Amerika-İslam Münasibətləri Şurası prezident Cozef Baydeni FTB-nin izləmə siyahısına reaksiya verməyə çağırıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.