Litva və Belarus arasında gərginlik
Dünya xəbərləri

Litva və Belarus arasında gərginlik

Litva Belarusla sərhədi bağlaya bilər.

“Respublika” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna səbəb “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatıdır.

Dövlət başçısı qeyd edib ki, Litva, Latviya və Polşa ümumi “Vaqner” təhlükəsinin qarşısının alınması üçün koordinasiyalı davranmalıdır.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, G.Nauseda daha əvvəl “Vaqner”i ciddi təhlükə kimi qiymətləndirmişdi.