Qara dəniz bölgəsinə ciddi XƏBƏRDARLIQ
Dünya xəbərləri

Qara dəniz bölgəsinə ciddi XƏBƏRDARLIQ

"Qara dəniz bölgəsində tez-tez və təsirli olan yay musson yağışları daşqın və sürüşmələrə səbəb olacaq və risk növbəti illərdə daha da artacaq".

"Respublika xəbər verir ki, bunu Türkiyəli Geologiya Mühəndisi Prof. Dr. Osman Bektaş bildirib. 

Qərbi Qara dəniz bölgəsində sel və torpaq sürüşmələrinin əvvəlki illərə nisbətən daha təsirli olduğunu bildirən Bektaş, həmçinin vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yaşayış şəraitinin dəyişməsi ilə eynidir:

“Regional iqlim dəyişikliyi də daha dar mənada yaşayış şəraitinin dəyişməsidir. Şərqi Qara Dəniz Bölgəsində son 10 ildə baş verən iqlim dəyişikliyinə və onun nəticələrinə nəzər saldıqda, hər ötən il onun təsirlərinin artdığını açıq şəkildə görürük. Bu mövsümdə yay musson yağışlarının daha tez-tez və təsirli olduğunu görürük. Daşqınların çoxalması Qara dənizin davamlı istiləşməsinə görədir və bu, sahilyanı ərazilərdə davamlı olaraq effektiv yağıntıların artmasına səbəb olur. Bu gün yağışlar və bu daşqınların səbəb olduğu torpaq sürüşmələrinin sayında artım önümüzdəki illərdə də davam edəcək" 

Töhfə SƏMƏDOVA,

"Respublika".