“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338; 2021, № 3, maddə 210; 2022, № 5, maddələr 433, 440; 2023, № 2, maddə 190) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.5-ci maddənin birinci cümləsindən “yaşayış yeri və ya olduğu yer üzrə” sözləri və ikinci cümləsi çıxarılsın.

2. 4-cü maddə üzrə:

2.1. 4.4-cü maddədə “orqanından ehtiyata” sözləri “orqanının ehtiyatına” sözləri ilə əvəz edilsin və həmin maddəyə “aparılır” sözündən əvvəl “mərkəzləşdirilmiş qaydada” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 4.5-ci maddə əlavə edilsin:

“4.5. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınırlar.”.

3. 7-ci maddə üzrə:

3.1. 7.1-ci maddəyə “Vətəndaşlar” sözündən sonra “(bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin;

3.2. 7.2-ci maddəyə “Hərbi vəzifəlilər” sözlərindən sonra “(bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.

4. 8.2.1-ci maddəyə “qeydləri” sözündən sonra “, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəliləri isə onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi” sözləri əlavə edilsin.

5. 28.6-cı maddənin ikinci cümləsində “orqanından ehtiyata” sözləri “orqanının ehtiyatına” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 iyun 2023-cü il.