Rusiyada güclü partlayış olub - ölənlər var
Dünya xəbərləri

Rusiyada güclü partlayış olub - ölənlər var

Rusiyada avtomobillərə texniki qulluq xidmətində partlayış baş verib, 3 nəfər ölüb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, partlayışdan sonra başlayan yanğın yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə keçib.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib. Partlayışın səbəbi hələlik məlum deyil.

Töhfə SƏMƏDOVA,

"Respublika".