Çin və Rusiya birgə təlimlərə başlayacaq
Dünya xəbərləri

Çin və Rusiya birgə təlimlərə başlayacaq

Ötən gün Çinin dəniz donanması Yapon dənizində Rusiyanın dəniz və hava qüvvələri ilə birgə keçiriləcək “strateji su yollarının təhlükəsizliyini qorumaq” məqsədi daşıyan təlimə qoşulmaq üçün yola düşüb.

"Respublika" verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik rəsmi WeChat hesabında beş döyüş gəmisinin və dörd gəmi vertolyotundan ibarət Çin donanmasının şərqdəki Qingdao limanını tərk etdiyi barədə paylaşım edib. Bilridilib ki, onlar əvvəlcədən müəyyən edilmiş ərazidə Rusiya qüvvələri ilə bir araya gələcək.

Nəzrin ELDARQIZI,

"Respublika".