Meksikada tanker qəzası baş verib - 8 nəfər ölüb
Dünya xəbərləri

Meksikada tanker qəzası baş verib - 8 nəfər ölüb

Yanacaq daşıyan tanker, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 8 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 2 saatlıq işdən sonra alovları söndürə bilib.

Yol avtomobillərin hərəkətinə bağlanıb. Təxmin edilir ki, qəza yanacaq tankerinin idarəetməni itirməsi nəticəsində aşaraq digər 2 avtomobillə toqquşub. 

Töhfə SƏMƏDOVA,

"Respublika".