Türkiyə lideri Zelenskidən sonra Putinlə də görüşəcək
Dünya xəbərləri

Türkiyə lideri Zelenskidən sonra Putinlə də görüşəcək

Bu gün İstanbulda baş tutması gözlənilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Volodimir Zelenski görüşündən əvvəl Rusiyadan açıqlama gəlib. 

“Respublika” xəbər verir ki, Kreml İstanbul görüşün nəticələrinin Moskvada yaxından izlənildiyini bəyan edib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yaxın dövrdə türkiyəli həmkarı ilə görüşəcək. 

Bununla belə, Moskva rəsmisi təmasların dəqiq vaxtının hələ müəyyənləşdirilmədiyini vurğulayıb. 

Jalə QASIMZADƏ, 
“Respublika”.