DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏdƏ DÜNYANIN İLK PUA DAŞIYAN GƏMİSİ İSTİFADƏYƏ VERİLİB

Bayraktar TB3” pilotsuz uçuş aparatlarının ən son versiyaları ilə təchiz edilənTCG Anadoludesant gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib. “Reportagentliyinin məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Dövlət başçısının sözlərinə görə, desant gəmisi dünyanın istənilən yerində hərbi humanitar əməliyyatlarda istifadə oluna biləcək bütün imkanlara malikdir. Ərdoğan bildirib ki, “TCG Anadolugəmisi sayəsində Türkiyə texnologiyalar, sistemlər mövcud vəziyyəti yerində dəyişən həllər sahəsində dünya liderlərindən birinə çevriləcək.

Eyni zamanda, Ərdoğan qeyd edib ki, uzunluğu 231 metr, eni 32 metr olan gəmi şəxsi heyəti bölgənin istənilən nöqtəsinə sürətlə çatdırmağa imkan verəcək. Gəmidə silah, döyüş idarəetmə, elektron döyüş, infraqırmızı axtarış izləmə, elektro-optik axtarış, lazer xəbərdarlıq, torpedadan müdafiə, radar, rabitə, naviqasiya məlumat paylama sistemləri mövcuddur.

Gəmi 13 tank, 27 amfibiya zirehli transportyoru 6 zirehli transportyor olmaqla ümumilikdə 94 nəqliyyat texnikası daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter 11 hücum PUA- yerləşə bilər. Gəminin təyyarə anqarı daha 19 helikopter 30 pilotsuz uçuş aparatı üçün nəzərdə tutulub. Gəmiyə həmçinin 4 kater yerləşdirmək mümkündür”, - deyə prezident vurğulayıb.

 

ŞİMALİ KOREYA RƏSMİ SEULUN ZƏNGLƏRİNƏ CAVAB VERMİR

Şimali Koreya dörd gündür Cənubi Koreya hökumətinin transsərhəd əlaqə hərbi qaynar xətt vasitəsilə edilən müntəzəm zənglərinə cavab vermir. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyi açıqlayıb.

Şimali Koreya cümə günündən bəri adi zənglərə cavab vermədiyi üçün gündəlik rabitə xəttini birtərəfli qaydada kəsmiş kimi görünür”, - deyə Birləşmə Nazirliyinin açıqlamasında qeyd olunur.

Cənubi Koreyanın Müdafiə Nazirliyi hərbi rabitə kanalı vasitəsilə gündəlik iki dəfə edilən zənglərin dörd gün ardıcıl olaraq cavabsız qaldığını bəyan edib.

Eyni zamanda, Cənubi Koreya hakimiyyət orqanları bunun KXDR tərəfindəki texniki problemlərlə bağlı ola biləcəyini istisna etməyib.

Bəzi ekspertlər hesab edirlər ki, Pxenyan bununla ABŞ Cənubi Koreyanın təlimlərinə, həmçinin Seulun KXDR-dəki insan haqları məsələsində siyasi təzyiqinə etiraz edir.

Qeyd edək ki, KXDR Cənubi Koreya gündə iki dəfə, saat 09:00 17:00-da xüsusi rabitə xətti üzərindən əlaqə saxlayırlar.

 

LATVİYA BELARUSLA SƏRHƏDDƏ TEZLİKLƏ HASAR ÇƏKMƏYƏ BAŞLAYACAQ

Latviya aprel ayında Belarusla sərhədin bataqlıq ərazilərində hasar çəkməyə başlayacaq. Bu barədəReportagentliyinin məlumatına qeyd olunur.

Bildirilir ki, hasarın uzunluğu təxminən 64 kilometr təşkil edəcək. Açıqlamaya əsasən, artıq 85,8 kilometrlik quru zonalarda  işlər yekunlaşıb.

Xatırladaq ki, Finlandiya da Rusiya ilə sərhəddə sədd tikməyə başlayıb. Tikinti işləri fevralın 27- İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.

Məlumat üçün qeyd edək ki, Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.

 

ARXEOLOQLAR İSTANBULDA 1500 İLLİK YERALTI DƏHLİZ AŞKAR EDİBLƏR

İstanbul Böyükşəhər Bələdiyyəsinin Polyeuktos kilsəsinin qalıqları içərisində apardığı qazıntılar nəticəsində 1500 illik tarixə malik yeraltı dəhliz aşkar edilib. “Trendagentliyinin məlumatına görə, hazırda Saraçhane Arxeologiya Parkında yerləşən kilsə ərazisində arxeoloji qazıntılar davam edir.

Eyni zamanda, bildirilir ki, yeraltı dəhlizin içərisində mərmərlə formaya salınmış, relyeflərlə bəzədilmiş mozaika daş hörgüləri tapılıb.

Bələdiyyə sədrinin müavini Mahir Polat tikilinin İstanbulda zəlzələ tədqiqatları üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, həmçinin, Saraçhane Arxeologiya Parkının bir ay sonra istifadəyə veriləcəyini açıqlayıb.

Məlumat üçün qeyd edək ki, bu ərazidə arxeoloji qazıntı işlərinə 2022-ci başlanılıb.

 

COZEF BAYDENİN QƏRARI BÖYÜK BRİTANİYADA BİRMƏNALI QARŞILANMAYIB

ABŞ prezidenti Cozef Baydenin Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etməkdən imtinsı mühafizəkar parlamentarilər tərəfindən sərt şəkildə tənqid olunub. Bu barədəReportagentliyi İngiltərəninExpressqəzetinə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, Cozef Bayden aprelin 11- regionda uzun illər davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin ildönümü münasibətilə Şimali İrlandiyaya səfər edəcək.

Eyni zamanda, bildirilir ki, ABŞ lideri may ayında baş tutacaq tacqoyma mərasiminə gəlməkdən imtina edib.

Qəzetin məlumatına görə, Mühafizəkarlar Partiyası üzvləri Baydenin belə bir qərarını birmənalı qarşılamayıb bunu rəsmi Londonunkürəyinə vurulan bıçaq zərbəsikimi qiymətləndiriblər.

Deputatlar hesab edirlər ki, Amerika prezidenti bu əməli ilə Böyük Britaniya ilə münasibətlərə etinasızlıq göstərib.

 

YƏMƏNDƏ SÜLHÜN BƏRQƏRAR OLMASI ÜÇÜN NÖVBƏTİ ADDIM ATILIB

Səudiyyə Ərəbistanı Oman nümayəndə heyətləri Yəməndə husi hakimiyyəti ilə sülhün bərqərar olunması məsələsini müzakirə ediblər. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən görə, Husi Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat tərəfindən paytaxt Sənada Oman Səudiyyə Ərəbistanından olan nümayəndə heyətləri qəbul olunub.

Şura sədri Oman rəsmilərinə vasitəçiliyə, fikir ayrılıqlarının aradan qaldırılmasında müsbət roluna bütün yəmən xalqının arzuladığı sülhün bərqərar olması üçün göstərdikləri səylərə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014- ilin sentyabrından paytaxt Səna bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

 

RUSİYA PAYTAXTI ƏN ÇOX MİLYARDERLƏR YAŞAYAN ŞƏHƏRLƏR SIRASINDADIR

Paytaxt Moskva çox sayda milyarderlərin yaşadığı dünyanın ilk 10 şəhəri arasında altıncı yerdə qərarlaşıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədəForbesnəşri məlumat yayıb.

Bildirilir ki, hazırda Rusiya paytaxtında 61 milyarder yaşayır. Moskva milyarderlərinin ümumi kapitalı 307 milyard dollar qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 92 milyard dollar çoxdur.

Bu göstəriciyə görə, Moskva şəhəri dünyanın meqapolisləri sıralamasında üçüncü yerdədir. Rusiya paytaxtı milyarderlərin kapitalının təxminən 617 milyard dollar olduğu Nyu-Yorkdan ən varlı sakinlərinin sərvətinin 409 milyard dollar dəyərində qiymətləndirildiyi Parisdən bir qədər geri qalır.

Məlumata əsasən, siyahıya Nyu-York 101 milyarder sakinlə liderlik edir, sonrakı yerlərdə Honkonq (70), Pekin (68), Şanxay (65), London (65) gəlir.

Nəşr qeyd edir ki, Ukraynada davam edən xüsusi hərbi əməliyyata Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarına baxmayaraq, Moskvadan olan milyarderlərin demək olar ki, üçdə ikisi sərvətlərini artırıb, iki moskvalı milyarderin isə sərvəti dəyişməyib, ikisinin isə sərvəti azalıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.