Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan
Məktublar

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim və ilk növbədə, Sizə möhkəm cansağlığı arzulayım. Həmçinin Sizə uzun ömür, əmin-amanlıq, rifah, ailənizə xoşbəxtlik diləyirəm.

Zati-aliləri, Siz nümunəvi həyat yolunuz, müdrik fəaliyyətinizlə sübut etdiniz ki, biz dünyaya xeyirxah işlər görmək üçün gəlmişik. Siz mənim üçün əziz və unudulmaz insanlar olan, ruhları qarşısında baş əydiyim valideynləriniz Heydər Əliyev və Zərifə Əliyevanın işlərini davam etdirərək bu missiyanı şərəflə yerinə yetirir, bəşəriyyət naminə qurub-yaratmağa davam edirsiniz. Onlar dünyaya Sizi - zəmanəmizin müdrik siyasi və dövlət xadimini, bizim təhsil müəssisəmizə ikinci həyat verən Azərbaycan xalqının böyük oğlunu bəxş ediblər. Sizin diqqət və qayğınız sayəsində əsaslı təmir olunmuş gözəl liseyimizdə bu gün 2300 şagird təhsil alır.

Zati-aliləri, qoy Uca Yaradan həmişə Sizi və doğmalarınızı, daha qüdrətli və gözəl ölkəyə çevrilən Azərbaycanı qorusun! Elə bir gün olmur ki, mən Sizi, xeyirxahlığınızı, daimi köməyinizi xatırlamayım. Uşaqlarımız üçün sığınacaqlarda lazımi şərait yaradılması ilə bağlı mənim xahişimin vacibliyini anlayışla qarşıladığınıza görə qarşınızda baş əyir, Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, həmçinin Sizə bildirim ki, - bunu bilmək Sizin üçün də xoş olacaq, - bizim 3A sinfinin şagirdləri Azərbaycan dilini öyrənməyə başlayıblar və bunu 12-ci sinfə qədər davam etdirəcəklər. Sizə söz verirəm ki, hər il Azərbaycan dilini öyrənənlərin sayı daha çox olacaq.

Azərbaycan, Bakı, Naxçıvan daim mənim qəlbimdədir. Sizə qarşıdan gələn prezident seçkilərində səmimi-qəlbdən qələbə arzulayıram. Qəti əminəm ki, hələ uzun illər ölkənizə məhz Siz rəhbərlik edəcəksiniz, inşallah.

Dərin hörmətlə,

Valentina ANTONENKO,

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar

"Linqvist" liseyinin direktoru, Ukraynanın Əməkdar müəllimi,

Azərbaycanın "Dostluq" ordeni laureatı.