“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən
Məktublar

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

İcazə verin, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı bildirim, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə irəliləyir, bütün sahələrdə böyük uğurlar qazanır və ardıcıl surətdə dünyada öz nüfuzunu möhkəmləndirir. Sürətlə inkişaf edən və daim böyük nailiyyətlər qazanan Azərbaycan digər dövlətlərlə uğurlu qarşılıqlı əlaqələr üçün əlverişli mühitə malikdir və bununla beynəlxalq aləmdə imicini qoruyub saxlayır. “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənizin iqtisadi, sosial tərəqqisi və nəqliyyat sənayesinin əsas rol oynadığı əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Asset ASSAVBAYEV,

“TRACECA” Hökumətlərarası Komissiyasının

Daimi Katibliyinin Baş katibi.