Çindən Ayın araşdırılmamış tərəfinə tarixi missiya
Dünya xəbərləri

Çindən Ayın araşdırılmamış tərəfinə tarixi missiya

Çin, Ayın uzaq tərəfindən qayaları və torpağı götürmək üçün təxminən iki aylıq müddətə Aya enəcək ekipajsız kosmik gəmini kosmosa göndərdi.

"Respublika" "NTV"yə istinadən xəbər verir ki,  bu missiyanın işə salınması ilə Çin belə iddialı təşəbbüsü öz üzərinə götürən ilk ölkə oldu. O, Çinin ən böyük raketi olan "Uzun Yürüş-5"də Ayı tədqiq etməyə hazır avadanlıqla buraxılıb. "Chang'e-6" missiyasına Ayın Yerdən müşahidə edilə bilməyən uzaq tərəfindəki Cənub Qütbü-Aitken hövzəsində eniş etmək tapşırılıb. Buradan Aydan nümunələr götürüb Yerə qaytaracaq.

Buraxılış Çinin Ayın və kosmosun tədqiqi proqramında daha bir mərhələni qeyd edir.

Röya RÜSTƏMLİ,

"Respublika".