Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
İdman

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa Kubokunda iki proqramda finala yüksəlib.

"Respublika" xəbər verir ki, idmançı top və halqalarla hərəkətlərdə həlledici mərhələdə iştirak hüququ qazanıb.

O, topla çıxışında 33 000, halqalarla hərəkətdə isə 32 900 xal toplayaraq adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (60 300 xal) 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir. Bu gün start götürən yarışa mayın 5-də yekun vurulacaq.