Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, Rusiyanın Əməkdar jurnalisti Dmitri Lixanovdan
Məktublar

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, Rusiyanın Əməkdar jurnalisti Dmitri Lixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından səmimi təbriklərimi qəbul edin.

Uşaq Fondu 35 ildir uşaqların müdafiəsini həyata keçirir və biz əl-ələ verərək gələcəyin layiqli vətəndaşları nəslinin formalaşdırılması istiqamətində yüksək məqsədə doğru irəliləyirik. Belə əlamətdar günlərdə biz Vətənin və onun xalqının maraqları üçün yaşamış valideynlərimizi sevgi ilə xatırlayırıq.

Sizə möhkəm cansağlığı, hər zaman xoş əhvali-ruhiyyə, tükənməz enerji arzulayıram. Qoy xeyirxah işlər həmişə uğurla və böyük həvəslə həyata keçsin! Bu işlərin mükafatı isə Azərbaycan Respublikasının xoşbəxt uşaqlarının təbəssümü olacaq.

Hörmətlə,

Dmitri LİXANOV,

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı,

Rusiyanın Əməkdar jurnalisti.