ABŞ-da fəaliyyət göstərən “Joblio” şirkətinin təsisçisi və Baş icraçı direktoru Con Purijanskidən
Məktublar

ABŞ-da fəaliyyət göstərən “Joblio” şirkətinin təsisçisi və Baş icraçı direktoru Con Purijanskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Siz Azərbaycanı nümunəvi tolerantlıq və insan hüquqlarının müdafiəsi cəmiyyətinə çevirmisiniz. Çoxmillətli bir şirkətin rəhbəri və təcrübəli beynəlxalq ekspert kimi mən Azərbaycanda müxtəlif dinlərə və etnik icmalara misilsiz diqqət və hörmətin olduğunu təsdiq edə bilərəm. Yəhudi əsilli amerikalı kimi mən Azərbaycanda yəhudi icmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Con PURJANSKİ,

ABŞ-da fəaliyyət göstərən “Joblio” şirkətinin

təsisçisi və Baş icraçı direktoru.