“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597; 2020, № 6, maddə 683, № 7, maddə 856, № 12 (I kitab), maddə 1442; 2021, № 7, maddə 712) 3.2-ci maddəsində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsində və 29-cu maddəsinin adında “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 dekabr 2023-cü il.