Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan
Məktublar

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz xalqınızın həqiqi lideri, müdrik rəhbərsiniz. Müasir və dinamik inkişaf edən Azərbaycanın uğurları haqlı olaraq Sizin adınızla əlaqələndirilir.

Əminəm ki, Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı gələcəkdə də möhkəmlənəcək və respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yeni-yeni uğurlar, səadət, möhkəm cansağlığı, doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Rəşid TEMREZOV,

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı.