XİN rəhbəri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb
Siyasət

XİN rəhbəri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.

"Respublika xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.  

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun martın 21-də Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.