Növbəti ağacəkmə aksiyası
Ekologiya

Növbəti ağacəkmə aksiyası

2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə yolunun kənarında ağacəkmə aksiyası keçirilib.

Ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə vermək üçün rayonda silsilə tədbirlər keçirilir.

Qeyd edək ki, aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 200 ədəd Eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

V.POLADOĞLU,

"Respublika".